Icma.az
close
up
RU
Azərbaycanda görünən heyvan təəccüb doğurdu: Beləsi hələ olmayıb VİDEO

Azərbaycanda görünən heyvan təəccüb doğurdu: Beləsi hələ olmayıb VİDEO

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Naxçıvanın Aza kəndində qara canavarın göründüyünü əks etdirən görüntülər yayılıb. Paylaşımı edən şəxs bildirib ki, bu heyvanı bölgədə ilk dəfə görür.

Qara canavar Naxçıvan faunası üçün yad heyvan sayılır?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, canavar itkimilər fəsiləsinə aid olub Avrasiya materikində yayılmış bir növdür:

“Bu növün əsas xüsusiyyətlərindən biri coğrafi zonalara uyğun ölçü fərqidir. Yəni şimala doğru getdikcə canavarlar daha iri, cənuba və isti qurşaqlara doğru isə nisbətən daha kiçik ölçülü olurlar. Azərbaycanda canavarlar demək olar ki, nival və subnival qurşaqlar istisna olmaqla bütün ərazilərdə yayılıb. Onlar barədə səsləndirilən fikirlərin əksəriyyəti isə əfsanə xarakter daşıyır. Məsələn, canavarın boğaz və ya yeni doğulmuş heyvanlara toxunmadığı iddia edilir. Halbuki reallıqda canavar siçan və siçovuldan tutmuş boğaz, yeni doğulmuş heyvanlara qədər müxtəlif canlılarla qidalana bilir. Onun davranış sistemi kifayət qədər mürəkkəbdir. Bu xüsusiyyətlər təkamül prosesində formalaşan vərdişlər və qəbilə daxilindəki davranış modelləri ilə bağlıdır. Bütün bu xüsusiyyətlər təkamülün nəticəsidir”.

Ekoloq bildirib ki, Azərbaycanda canavarlara tez-tez rast gəlinməsi ilə bağlı deyilənlər də düzgün izah edilməlidir:

“Canavar çox hərəkətli heyvandır. Bir gün ərzində Şəmkirdə, Gədəbəydə və Tovuzda görünməsi mümkündür. Gündə 100 kilometrə qədər məsafə qət edə bilər. O, bir yerdə sabit qalan heyvan deyil və yuva saldığı ərazidə ov etməməsi də yanlış şəkildə “humanistlik” kimi izah olunur. Əslində isə canavar yaxın ərazidəki heyvanları xəstə, halsız və ya boğazlıq dövründə ehtiyac yarandığı üçün “ehtiyat qida” kimi saxlayır, normal fiziki vəziyyətdə olduqda isə daha uzaq məsafələrdə ov edir. Heyvanlarla bağlı sosial şəbəkələrdə yayılan görüntülər və iddialar da çox vaxt şişirdilir. Məsələn, İsmayıllıda qəfəsdə saxlanılan maralın videosu və ya hər hansı bir yerdə tapılan heyvan skeletinin “naməlum canlı” kimi təqdim edilməsi daha çox media, sosial şəbəkə marketinqinin nəticəsidir.

Naxçıvanda görüldüyü deyilən qara canavar məsələsi isə xüsusilə şübhəlidir. Sözügedən videonun harada çəkildiyi belə dəqiq bilinmir. Davranış baxımından itlə canavar arasında böyük oxşarlıqlar var. Bu da təbiidir, çünki it canavarın əcdadıdır və genetik oxşarlıq 97-98 faiz təşkil edir. Videodakı heyvanın canavar olması şübhə doğurur. Təbiətdə qara rəngli canavarlara rast gəlinə bilər. Azərbaycanda isə əsasən boz rəngli canavarlar yayılıb. Qara canavarın ölkə ərazisində qeydə alınmış faktı yoxdur. Naxçıvanın təbiəti unikal olsa da, sözügedən heyvanın qara canavar olması ehtimalını real hesab etmirəm və daha çox itə bənzədiyi qənaətindəyəm”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:374
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 07:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri