Tarixə düşəcək dəhşətli istilər Beləsi olmayıb
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ayın meteoroloji müşahidələr tarixinə “ən isti sentyabr” kimi düşəcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, dünyanın müxtəlif hava proqnozları qurumlarının məlumatına görə, sentyabrın ilk 12 günündə qlobal orta hava temperaturu 16,58 dərəcə Selsiyə çatıb.
Bu göstərici 2023-cü ilin sentyabrında qeydə alınmış əvvəlki rekordu geridə qoyub.
Yaponiyanın JRA-3Q qurumu da bildirib ki, sentyabrın ilk 12 günündə qlobal orta temperatur 16,58 dərəcə olub.
Qeyd olunur ki, 2023-cü ilin sentyabrında da iqlimə El-Nino hadisəsi təsir edib. 2026-cı ildə isə El-Nino daha güclü olub.
Mövcud göstəricilər nəzərə alınmaqla, 2026-cı ilin sentyabrının bütün müşahidələr tarixində ən isti sentyabr olması ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, 2026-cı ilin avqust ayı da qlobal miqyasda rekord istiliklə yadda qalıb.
“Copernicus”un məlumatına görə, həmin ayın qlobal orta səth hava temperaturu 16,96 dərəcə Selsi olub və avqust ayları arasında ən yüksək göstərici qeydə alınıb.
Məlumat üçün bildirək ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. (Globalinfo.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 14 Sentyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















