Icma.az
close
up
RU
Azərbaycanda gözlənən mühüm hadisə Hər kəsi bu sual maraqlandırır...

Azərbaycanda gözlənən mühüm hadisə Hər kəsi bu sual maraqlandırır...

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda referendum keçiriləcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Bu iddialara görə, konstitusiyada müəyyən dəyişikliklərin aparılması üçün perspektivdə ümumxalq səsverməsi təşkil oluna bilər. Bu ehtimal ölkənin siyasi gündəmində ciddi müzakirələr doğurub və müxtəlif siyasi fiqurlar məsələyə münasibət bildirməyə başlayıb.

Referendumun keçirilməsi hansı zərurətdən qaynaqlana bilər? Bu, realdırmı, yoxsa ehtimallar üzərində qurulan siyasi ssenarilərdir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı, Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHD) sədri Qüdrət Həsənquliyev bildirib ki, partiyası konstitusiya islahatlarını vacib hesab edir və bu məsələ onların seçki platformasında da yer alıb:

“ƏHD Partiyası Konstitusiya islahatlarının keçirilməsini, hətta yeni Konstitusiyanın qəbulunu zəruri sayır. Bu, bizim seçki platformamızda da əks olunub. Amma bunun baş verib-verməyəcəyi Prezidentin siyasi iradəsindən asılıdır. Ona görə də indidən referendumun keçiriləcəyi ilə bağlı dəqiq fikir söyləmək çətindir”.

Qüdrət Həsənquliyev

Məsələ ilə bağlı sabiq deputat Fəzail Ağamalı da fikirlərini bölüşüb. O bildirib ki, hazırda bu barədə rəsmi və dəqiq məlumat olmasa da, dövlətin son illərdə əldə etdiyi uğurlar fonunda konstitusion islahatlar obyektiv zərurət kimi ortaya çıxır:

“Bu barədə hələlik səhih və təsdiqlənmiş məlumat yoxdur. Amma bir reallıq var ki, Azərbaycan son illərdə çox ciddi uğurlara imza atıb. Ərazi bütövlüyümüz və suverenliyimiz tamamilə bərpa olunub. Dövlət idarəçiliyinin yeni mərhələyə keçidi üçün zəruri əsaslar yaranıb. Bu da konstitusiyada əks olunmalıdır”.

Fəzail Ağamalı

Fəzail Ağamalının fikrincə, baş verən siyasi və hüquqi dəyişikliklər, yeni idarəçilik mexanizmləri, habelə dövlətin post-münaqişə dövründəki strateji planlamaları konstitusiyada müəyyən dəyişikliklərin aparılmasını labüd edir:

“Bəli, müəyyən hüquqi və siyasi çıxarışlar var və bu, dövlət idarəçiliyinin təkmilləşdirilməsini aktuallaşdırır. Nəticə etibarilə bu dəyişikliklərin konstitusiyada öz əksini tapması lazımdır. Amma bu dəyişikliyin nə zaman və necə baş verəcəyi hələ ki məlum deyil. Referendumun keçirilməsi ehtimal kimi qalır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri