Icma.az
close
up
RU
Suraxanıdakı hadisə hər kəsi qorxuya saldı AÇIQLAMA

Suraxanıdakı hadisə hər kəsi qorxuya saldı AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Azərbaycanda sahibsiz itlərin insanlara hücumu ilə bağlı hallar getdikcə artır. Bu cür hadisələr artıq tək-tük deyil, müxtəlif ərazilərdə mütəmadi şəkildə qeydə alınır. Bu gün Suraxanıda baş verən hücum da problemin miqyasını bir daha göstərdi. Küçələrdə insanların, xüsusilə uşaqların təhlükəsizliyi ciddi sual altındadır. Mövcud vəziyyət sahibsiz heyvanlarla bağlı təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir.
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elman Nurəliyev Demokrat.az-a bildirib ki, sahibsiz itlərlə bağlı məsələ ciddi və sistemli yanaşma tələb edir:
"Bu iş tək bir qurumun üzərinə düşmür, bələdiyyələr, yerli icra strukturları və baytarlıq xidmətləri birlikdə fəaliyyət göstərməlidir. Həm şəhər mərkəzində, həm də kənar ərazilərdə vəziyyətin ağır olduğu yerlər var. Günün ortasında itlərin dəstə halında insanlara və uşaqlara hücum etməsi artıq təhlükəli hal alıb".
Suraxanıda itlər məktəblilərə hücum etdi: 2 azyaşlı yaralandı — FOTO
O bildirib ki, azyaşlıları nəzarətsiz küçəyə buraxmaq risklidir, çünki onlar özlərini təhlükədə hiss edirlər:
"Burada əsas məsələ itlərin qeydiyyata alınması və quduzluğa qarşı peyvəndlənməsidir. Heyvanlar elə məkanlarda saxlanmalıdır ki, insanlarla təmas minimum olsun. Şəhərin mərkəzində sahibsiz itlərin sürü halında gəzməsi həm qorxu, həm də real təhlükə yaradır. Problemin aradan qaldırılması üçün bir neçə qurumun paralel işi vacibdir". 
Ekspert deyib ki, beynəlxalq təcrübədə sahibsiz heyvanlar qeydiyyata düşür və peyvənd olunur, bundan sonra insan həyatı üçün ciddi risk yaratmırlar:
"Eyni zamanda insanlar da bu heyvanlara qarşı amansız davranmamalıdır. Onları vurmaq və yaralamaq aqressiyanı artırır və nəticədə başqa şəxslərə hücum halları baş verir. Belə vəziyyətlərdə vətəndaşlar yerli icra orqanlarına məlumat verməli, məsələ digər qurumlarla birgə araşdırılmalıdır".
O deyib ki, sahibsiz heyvanları tamamilə yox etmək və ya qapalı yerlərdə saxlamaq mümkün deyil və bu, düzgün yanaşma sayılmır.
"Lakin uşaq bağçaları, məktəblər və insanların sıx istifadə etdiyi ərazilərdə mütləq qabaqlayıcı tədbirlər görülməlidir", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2026 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri