Icma.az
close
up
RU
Azərbaycanda hamilə qadınlar arasında statistika aparıldı Təəccüblü rəqəmlər üzə çıxdı

Azərbaycanda hamilə qadınlar arasında statistika aparıldı Təəccüblü rəqəmlər üzə çıxdı

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda qeysəriyyə yolu ilə həyata keçirilən doğuşların faizi ötən illərlə müqayisədə azalıb. Rəsmi statistikaya görə, bu istiqamətdə enmə tendensiyası müşahidə olunur. TƏBİB sözügedən azalmanı səhiyyə sistemində aparılan islahatların və tibbi yanaşmanın təkmilləşdirilməsinin nəticəsi kimi təqdim edir. Bununla belə, qeysəriyyə əməliyyatlarının azalmasının səbəbləri və davamlı olub-olmayacağı da müzakirə mövzusudur.
Məsələ ilə bağlı tanınmış həkim Rəşad Sultan Demokrat.az-a bildirib ki, hesab edirik ki, təbii doğuş daha məqsədəuyğundur:
"Əgər doğuş daha faydalıdırsa, o zaman qeysəriyyə hallarının azalması müsbət nəticə kimi qiymətləndirilməlidir. Məhz buna görə qeysəriyyə faizinin azalması uğur sayılır. Məsələni konkretləşdirsək, söhbət fərdi təcrübədən deyil, ümumi statistik göstəricilərdən gedir. Müasir tibbi elm sübuta və statistik təhlillərə əsaslanır. Statistik məlumatlar göstərir ki, təbii doğuşun riskləri qeysəriyyə əməliyyatının risklərindən daha azdır. Ayrı-ayrı hallarda kimsə doğuş zamanı çətinlik yaşayıb qeysəriyyəni daha rahat hesab edə bilər. Lakin tibbi yanaşma fərdi müşahidələrə deyil, uzunmüddətli elmi araşdırmalara və onların statistik nəticələrinə əsaslanır. Sübuta əsaslanan tibbin prinsipi də budur".
Həkim bildirib ki, bu əsasla qərar verilir ki, xəstə üçün hansı üsul daha faydalıdır:
"Mövcud elmi yanaşmaya görə, göstəriş olmadığı hallarda təbii doğuş ana və uşaq üçün daha faydalıdır. Qeysəriyyə isə cərrahi əməliyyatdır və yalnız tibbi göstəriş olduqda aparılmalıdır. Səbəb yoxdursa, qeysəriyyəyə üstünlük verilməsi düzgün deyil. Bu səbəbdən qeysəriyyələrin faizinin azaldılması istiqamətində iş aparılır və əldə olunan nəticə uğur kimi qiymətləndirilir. Eyni zamanda qeyd edilməlidir ki, həyata keçirilən qeysəriyyələrin bir hissəsi nisbi göstərişlərlə bağlıdır. Nisbi göstəriş o deməkdir ki, müəyyən hallarda əməliyyat etmək də olar, etməmək də".
O deyib ki, inkişaf etmiş ölkələrin təcrübəsində nisbi göstəriş hallarında qərar daha çox doğuşun lehinə verilir. 
"Məqsəd əsassız qeysəriyyələrin qarşısını almaqdır. Həkimin və ya pasiyentin istəyi tibbi göstəriş olmadan əməliyyat üçün əsas olmamalıdır. Birinci məqsəd göstərişsiz qeysəriyyələri aradan qaldırmaqdır. İkinci məqsəd isə nisbi göstəriş hallarında ana və uşağın sağlamlığını riskə atmadan doğuşa üstünlük verməkdir. Məsələn, "sağrı" (tərs və ya ayaq gəlişi) gəlişi olan dölün təbii yolla doğulması mümkündür. Bəzi hallarda nisbi göstərişlərdən sui-istifadə edilir. Preeklampsiyası və yüksək təzyiqi olan qadınlarda da vəziyyət fərdi qiymətləndirilməlidir. Preeklampsiya hər zaman doğuş üsulunun dəyişdirilməsi üçün mütləq əsas sayılmır. Bu hallar tibbi ədəbiyyatda və Səhiyyə Nazirliyinin protokollarında qeysəriyyə üçün nisbi göstəriş kimi göstərilsə də, düzgün yanaşma ilə doğuşun lehinə qərar vermək mümkündür. İnkişaf etmiş ölkələr də məhz bu yanaşma ilə təbii doğuşun payını artırmağa və qeysəriyyə hallarını azaltmağa nail olurlar".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri