Azərbaycanda qızılla bağlı nə baş verir? Rəqəmlər üzə çıxdı
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Azərbaycanda mis konsentratının istehsalı 5,2 dəfə artsa da, qızıl və gümüş istehsalında azalma qeydə alınıb.
Yeni Sabah xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 2 281 kiloqram qızıl və 2 813,8 kiloqram gümüş istehsal edilib. pizza mizza
Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 2,9 faiz, gümüş istehsalı isə 5,7 faiz azalıb.
Hesabat dövründə Azərbaycanda mis konsentratının istehsalı 14 494,8 ton təşkil edib. Bu, 2025-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 5,2 dəfə çoxdur.
Oktyabrın 1-nə olan məlumata əsasən, ölkədə 251,5 kiloqram qızıl və 706,1 kiloqram gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 1 536,2 ton təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 17 Oktyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















