Icma.az
close
up
RU
Avtomobillər bahalaşacaq Ekspert səbəbi AÇIQLADI

Avtomobillər bahalaşacaq Ekspert səbəbi AÇIQLADI

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın dünya ölkələri üçün tətbiq etdiyi rüsum tariflərinin avtomobil qiymətlərinə də təsir edəcəyi proqnozlaşdırılır. Bəs həqiqətən avtomobillərin qiymətində artım gözlənilirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadi ekspert Rəşad Həsənov bildirdi ki, son dövrlərdə baş verənlər, ticarət müharibəsi, o cümlədən ABŞ administrasiyasının qəbul etdiyi qərarların dünya iqtisadiyyatında müxtəlif fəsadlar yaradacağı gözlənilir. Onun fikrincə, bunun nəticəsində qiymətlərin yüksəlməsi, alıcılıq gücünün aşağı düşməsi, işsizliyin artması kimi bir çox istiqamətlərdə fəsadlar yaradacaq:

”Əsas məsələlərdən biri də istehsal olunan mal və xidmətlərin maya dəyərinin artmasıdır, çünki faktiki olaraq dünyada elə bir məhsul yoxdur ki, xüsusilə avtomobildən danışırıqsa, mürəkkəb istehsal prosesi olan bir çox komponenləri özündə birləşdirən məhsulların hissələri bir çox ölkədə istehsal olunur. Bu baxımdan avtomobil sənayesi demək olar ki, bu istiqamətdə ən çox şəbəkələşmiş sənayedir. Qarşılıqlı rüsmların artırılması siyasəti avtomobilin maya dəyərinin artmasına səbəb olacaqdır, amma bu iqtisadiyyatdan - iqtisadiyyata fərqlənəcəkdir. Hazırda ABŞ-dən alınan avtomobillərin qiyməti daha çox bahalaşa bilər. Təəsüf ki, ABŞ-də istehsal olunan avtomobillərin çoxu artıq daha ucuz əmək qüvvəsi olan ölkələrdə - Meksika, Brazilya, xüsusilə Çin kimi ölkələrdə istehsal olunur. Mövcud rüsm siyasəti, faktiki olaraq hissələrin baha qiymətə ABŞ-yə gəlməsi, ABŞ-də istehsal olunan avtomobillərin maya dəyərinin dəfələrlə artmasına səbəb olacaqdır. Buna görə də, əsas artımı ABŞ-də idxal olunan avtomobillərdə görəcəyik. Eyni zamanda Avropa ölkələrində istehsal olunan avtombillərin bahalaşması ikinci sırada dayanır. Çində belə istehsal olunan avtomobillər bahalaşa bilər”.

Ekspertin sözlərinə görə, digər tərəfdən də nəzərə almaq lazımdır ki, bu qiymətlər bazarda formalaşır.

"Əgər digər avtomobillər baha olacaqsa, hətta ən ucuz qiymətə istehsal olunan avtomobili yuxarı qiymətə satmağa şərait yaranır. Bu siyasətlər davam etdikcə bütün növ mal və xidmətlər bahalaşacaqdır və bu, dünyanın məhdud resurslarının fonunda baş verəcək”, - deyə Rəşad Həsənov qeyd etdi.

Gülər HƏSƏNLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Aprel 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri