Icma.az
close
up
RU
Azərbaycanda haqsız rəqabət kəskin artıb RƏQƏMLƏR

Azərbaycanda haqsız rəqabət kəskin artıb RƏQƏMLƏR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi rəqabət qanunvericiliyinin pozulması ilə əlaqədar olan müraciətlər əsasında və müraciətsiz olaraq nəzarət etmək məqsədi ilə mütəmadi monitorinqlər aparır.

Agəntlik tərəfindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci il ərzində Agentlik tərəfindən bazarda rəqabətin məhdudlaşdırılmasına yol verilməsi ilə əlaqədar 119 müraciətə baxılıb:

"Bu müraciətlər qida, qeyri qida, rabitə və internet, nəqliyyat, ictimai iaşə, maliyyə, tikinti, turizm xidmətləri, tütün məmulatları və digər sahələri əhatə edib. Baxılmış müraciətlərdən 69-u hökmran mövqedən sui-istifadə, 17-si saziş ilə müvafiq bazarlarda rəqabətin məhdudlaşdırılmasına yol verilməsi və 33-ü rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarətlə bağlı olub.  2024-cü ilin analoji dövrü ilə müqayisədə baxılmış ümumi müraciətlərin sayında 46,9% azalma qeydə alınıb.

Qeyd edilən dövrdə Antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı 9 müraciətə baxılması başa çatıb. Bu müraciətlər ayaqqabı məhsulları, metal məmulatlar, tibbi ləvazimatlar və tikinti məhsulları ilə bağlı sahələri əhatə edir.

2025-ci il ərzində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə bağlı 280 müraciətə baxılıb, bu müraciətlərdən 91-i təmin edilib, 101-i üzrə  qanunamüvafiq izahat və tövsiyə verilib, 67-si müvafiq qaydada cavablandırılıb, 21 müraciətə baxılması davam etdirilir.

Baxılan müraciətlər dərman vasitələri və tibb avadanlıqların satışı, tibb və internet xidmətləri, ictimai iaşə, qida, qeyri-qida, tikinti və digər sahələri əhatə edib. Daxil olmuş müraciətlər əsasən əmtəə nişanından qanunsuz istifadə, istehlakçıların çaşdırılması və digər haqsız rəqabət halları ilə bağlı olub. 2024-cü illə müqayisədə baxılmış müraciətlərin sayı 75% artıb, təmin edilmiş müraciətlərin sayında isə 3 dəfədən çox (2024-cü ildə 30 müraciət) artım qeydə alınıb.

Ötən il ərzində Agentliyə daxil olmuş müraciətlər əsasında haqsız rəqabətə yol verilməklə rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılması ilə əlaqədar 75 qərar qəbul edilib və araşdırmalara başlanılıb. Araşdırmalar əsasən, dərman vasitələri və tibb avadanlıqlarının satışı, tibb və internet xidmətləri, ictimai iaşə, qida, qeyri-qida, tikinti və digər əmtəə və xidmət sahələri üzrə aparılıb.

Əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə halı üzrə 55 və digər haqsız rəqabət halları ilə bağlı 20 araşdırma aparılıb. 23 təsərrüfat subyekti tərəfindən rəqabət qanunvericiliyinin pozulması halı könüllü aradan qaldırılıb ki, bu da bazarda preventiv tədbirlərin səmərəliliyindən xəbər verir.

Haqsız rəqabət hərəkətləri ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə 28 iş qaldırılıb. Bunlardan 17-si yekunlaşıb, 11 işə baxılması isə davam etdirilir. Həmin işlər Rəqabət Məcəlləsində təsbit edilən müştərilərin çaşdırılması və aldadılması, haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi, rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi, habelə haqsız rəqabətə səbəb olan digər hərəkətlərin pozulması əlamətləri üzrə qaldırılıb.

2025-ci il ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar 198 müraciətə baxılıb. Bunlardan 90 müraciət təmin olunub, 3 müraciətdə qeyd olunan faktlar aşkar edilməyib, 48 müraciət üzrə qanunamüvafiq izahat və tövsiyə verilib, 18 müraciət baxılması üçün aidiyyəti orqana göndərilib, 12 müraciət zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılıb və 27 müraciət üzrə araşdırma davam edir. İnternet informasiya resursları, sosial şəbəkələr eləcə də rəqəmsal platforma təsisçiləri (bloger və influencerlər) tərəfindən paylaşılan reklam məzmunları ilə bağlı olub. Araşdırmalar zamanı reklamı yayılan əmtəə və xidmətlər arasında dərman vasitələrinin satışı, kosmetoloji və estetik xidmətlər, ictimai iaşə, qida və qeyri-qida məhsullarının satışı, mobil rabitə xidməti, eləcə də reklamı qadağan edilmiş digər əmtəələr baxılmış müraciətlərdə  üstünlük təşkil edib.

2024-cü ilin müvafiq dövrünə nəzərən baxılmış müraciətlər say etibarilə 65%, təmin olunmuş müraciətlər isə 50% artıb.

Reklam qanunvericiliyinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 20 subyekt barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Həmin protokollardan 6-sı haqsız reklama yol verilməsi, 7-si qeyri-dəqiq reklama yol verilməsi, 6-sı reklamı qadağan edilmiş əmtəələrin reklam edilməsi (5-i birbaşa rəqəmsal platforma təsirçiləri – blogerlərə münasibətdə tərtib edilib.), 1-i isə reklama dair ümumi tələblərin pozulması halı üzrə olub. Qanunsuz reklam hallarının qarşısının alınması istehlakçıların düzgün məlumatlandırılmasına, aldadılma risklərinin azaldılmasına və seçim sərbəstliyinin qorunmasına xidmət edir.

2025-ci ildə Agentlik tərəfindən təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılan 1182 müraciətdən 600-ü təmin edilib, 81 müraciət üzrə araşdırma davam etdirilir, 386 müraciətə qanunamüvafiq izahat və tövsiyə verilib.

Baxılan müraciətlərin 1079-u vətəndaşlardan, 30-u fiziki və ya hüquqi şəxs kimi fəaliyyət göstərən təsərrüfat subyektlərindən daxil olub. Müraciətlər əsasən rabitə (465), qaz təchizatı (158), elektrik enerjisi verilişi (150), içməli su təchizatı (129), istilik enerjisi verilişi (54), hava yolu nəqliyyatı (51), dəmir yolu nəqliyyatı (19), kanalizasiya (11), poçt (8), nəqliyyat (3), suvarma (meliorasiya və irriqasiya) (1) və digər xidmətlər (30) ilə bağlı yaranmış problemlərlə əlaqədar olub. Bunlardan əksəriyyəti xidmətlərin əsassız dayandırılması, qoşulmada gecikmələr, xidmət keyfiyyətinin normativ tələblərə uyğun olmaması, hesablanma və borc mübahisələri, eləcə də sahəvi qanunvericiliyin tələblərinə riayət edilməməsi üzrə qeydə alınıb. 2024-cü ilin analoji dövrü ilə müqayisədə təmin edilmiş müraciətlərin sayında 46,7% artım qeydə alınıb. Həmçinin təmin olunmuş müraciətlər üzrə istehlakçılara qaytarılması, bərpa edilməsi və əsassız hesablandığı üçün silinməsi təmin olunan vəsaitin ümumi məbləği 20 min manata yaxın olub ki, bu da 2024-cü ilə nəzərən 7 dəfəyədək artım deməkdir.

Ötən il müştərilərin (istehlakçıların) mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərə yol verilməsi, normativ hüquqi aktlarda nəzərdə tutulmayan fərqli qaydaların müəyyən edilməsi, o cümlədən tariflərin düzgün tətbiq edilməməsi üzrə rəqabət qanunvericiliyinin pozulması halları üzrə su təchizatı sahəsində 1 təbii inhisar subyekti barəsində iş qaldırılıb və icrası məcburi göstəriş verilib. Habelə elektrik enerjisi təchizatı sahəsində 1 təbii inhisar subyekti barəsində müxtəlif predmetli pozuntu əlamətləri üzrə 2 araşdırma başlanılıb və hazırda araşdırmalar davam etdirilir.

Təbii inhisar subyektlərinin çağrı mərkəzi fəaliyyətləri üzrə istehlakçı hüquqlarının qorunması məqsədilə araşdırmalar aparılıb. Fəaliyyətin standartlaşdırılması və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, autsorsinq və müasir texnologiyaların tətbiqi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, vahid müraciət izləmə mexanizmlərinin formalaşdırılması və nəticələrin ictimai açıqlığının təmin edilməsi istiqamətində təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulub. 2025-ci il ərzində təbii inhisar subyektləri tərəfindən həyata keçirilən bir sıra hərəkətlərə razılığın verilməsi barədə Agentliyə 20 müraciət daxil olub. Müraciətlərdən 12-nə razılıq, 6-na isə müəyyən şərtlər çərçivəsində razılıq verilib. 1 müraciətə razılıq verilməsindən imtina edilib, 1 müraciət üzrə araşdırma davam edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Fevral 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri