Icma.az
close
up
RU
Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb RƏQƏMLƏR

Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb RƏQƏMLƏR

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Son aylarda Azərbaycanda əhalinin kredit yükü ciddi şəkildə artıb. Rəsmi statistik göstəricilər göstərir ki, vətəndaşların bank və digər maliyyə institutlarından götürdüyü kreditlərin həcmi rekord səviyyəyə çatıb. Bu artım, bir tərəfdən iqtisadi aktivliyin genişlənməsi kimi qiymətləndirilsə də, digər tərəfdən əhalinin gəlirləri ilə borclanma səviyyəsi arasında yaranan disbalans cəmiyyətin maliyyə dayanıqlılığı baxımından narahatlıq doğurur.

Sfera.az xəbər verir ki, 2025-ci ilin 1 iyun tarixinə bank və digər kredit təşkilatlarının kredit portfeli 30 milyard manata yaxınlaşıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artım deməkdir. 2024-cü ilin sonunda bu göstərici 29,2 milyard manat olub və artıq 2025-ci ilin ilk yarısında kredit portfelində 1 milyarda yaxın artım qeydə alınıb.

Əhali əsasən istehlak kreditlərinə üstünlük verir. 2025-ci ilin əvvəlində istehlak kreditlərinin həcmi 8,55 milyard manata çatıb. Bu isə ötən ilə nisbətən 22 faiz çoxdur. Belə bir artım əhalinin gündəlik ehtiyaclarını ödəmək üçün getdikcə daha çox borclanmağa məcbur olduğunu göstərir.

Qeyd edək ki, ödənişlərdə gecikmə hələlik kritik həddə çatmayıb. Gecikmiş kreditlərin payı 1,5 faiz civarındadır. Lakin bu göstəricinin aşağı olması, borcun daha təhlükəsiz olması anlamına gəlmir. Əgər gələcəkdə iqtisadi təzyiqlər, inflyasiya, işsizlik və ya gəlirlərin yerində sayması davam edərsə, bu rəqəm sürətlə arta bilər.

Digər diqqətçəkən məqam isə aylıq ödənişlərin əhalinin gəlirinə nisbətidir. 2025-ci ildə orta əməkhaqqı 1 009 manat olduğu halda, kredit ödənişləri ayda orta hesabla 207 manata çatır. Bu isə o deməkdir ki, bir çox ailə büdcəsinin 20 faizə qədərini kreditlərə sərf edir. Bu yük, xüsusilə aşağı gəlirli ailələr üçün ciddi sosial və psixoloji nəticələr doğura bilər.

Əgər kreditləşmə bu sürətlə davam edərsə və əhalinin gəlirləri eyni templə artmasa, maliyyə sabitliyi üçün risk yarana bilər. Borclanma qaydaları daha sərtləşdirilməli, kredit götürənlərin maliyyə bilikləri artırılmalı və alternativ maliyyə dəstəyi mexanizmləri genişləndirilməlidir. Əhalinin kreditə olan tələbatı real ehtiyac və imkanlar çərçivəsində qiymətləndirilməli, gələcək maliyyə yükü nəzərə alınaraq planlaşdırılmalıdır.

Firuzə Əliyeva
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 İyul 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri