Icma.az
close
up
RU
“Azərbaycanda hələ də normal dərsliklər hazırlanmır”

“Azərbaycanda hələ də normal dərsliklər hazırlanmır”

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bizim əsas problemimiz ibtidai təhsildədir”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib:

“Biz o problemləri həll etsək, daha yaxşı təhsil əldə olunacaq. Biz həmçinin bilirik ki, dərsliklərdə də müəyyən problemlər var”.

Bəs hazırda dərsliklərdə hansı problemlər var? Dərsliklərin yenilənməsi gözlənilirmi?

Təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a danışıb.

Ekspert təhsilin bütün pillələrində problemlər olduğunu qeyd edib:

“Bizim əsas problemimiz ibtidai təhsildədir. Əslində, cənab nazirin fikirlərində həqiqət var, amma problemimiz təkcə bundan ibarət deyil. Təhsilin bütün pillələrində problemlər var.

İbtidai təhsildəki çatışmazlıqlar sonrakı pillələrdə daha dərin izlər buraxır. Biz ibtidai təhsil müəllimlərinin sertifikasiyası zamanı ortaya çıxan müəllim problemini çox aydın gördük. Mən o fikirdəyəm ki, ibtidai sinif müəllimləri daha savadlı olmalıdırlar. Təbii ki, bütün müəllimlər savadlı olmalıdır, amma ibtidai sinif müəllimlərinin savad səviyyəsi xüsusilə yüksək olmalıdır. Çünki uşağın təməlinin düzgün qoyulması gələcək biliklərinin formalaşması üçün həlledici əhəmiyyət daşıyır.

Əvvəllər ibtidai sinif müəllimlərini hazırlamaq işi birbaşa Elm və Təhsil Nazirliyinə tabe olan qurumların məsuliyyətində idi. Xüsusilə kollec məzunlarının əksəriyyəti məktəblərdə ibtidai sinif müəllimi kimi çalışır. Amma təəssüf ki, bizdə ibtidai təhsilə zamanında lazımi səviyyədə münasibət göstərilməyib. Mənim fikrimcə, bu həm də iqtisadi yanaşma ilə bağlıdır. Belə düşünülüb ki, orta ixtisas təhsilli kadr ibtidai sinifdə dərs deyə bilər. Əslində isə bu, çox yanlış yanaşmadır. Mən demirəm ki, kolleci bitirənlərin arasında savadlı və hazırlıqlı kadrlar yoxdur, amma ümumi yanaşmada biz ibtidai təhsil müəllimlərinin hazırlanmasına daha ciddi münasibət göstərməliyik”.

Ekspert bildirib ki, dərslik və məzmun məsələsi də problemlərdən biridir:

“Təəssüf ki, Azərbaycanda hələ də normal dərsliklər hazırlaya bilmirik. Bu istiqamətdə müxtəlif addımlar atılıb, dərsliklərin ictimai müzakirəsi keçirilib, amma yenə də ciddi boşluqlar qalır. Çünki dərslikləri hazırlayan mütəxəssislər çox vaxt həmin sahənin peşəkarı olmur. Məsələn, müəllif həm o fənnin mütəxəssisi olmalı, həm də şagirdlərin yaş xüsusiyyətlərinə dair yanaşmaları tətbiq edə bilməlidir. Eyni zamanda metodik baxımdan da düzgün yanaşma olmalıdır. Şagirdlərin başa düşəcəyi dildə dərslik yazılmalıdır. Amma bizdə bu sahədə ciddi problemlər var. İbtidai siniflər üçün hazırlanmış dərsliklərdə də eyni boşluqları görmək olur.

Çox tanınmış şairlərdən biri bir dəfə yanıma gəlib, faktlar göstərdi ki, ibtidai sinif dəsrliyinə elə şeirlər salınıb ki, onları yaşlı adam belə çətin yadda saxlayar. Üstəlik, həmin şeirlərin məzmunu sıfırdır. Görünür, o şeirlər dərsliyə müəllifin şəxsi tanışlığına görə salınıb. Yəni uşaq şeirləri belə düzgün seçilməyib. Bu, çox ciddi problemdir.

Mən hesab edirəm ki, ibtidai siniflərdə yalnız müəllim deyil, dərslik və məzmun məsələsi də əsas problemlərdən biri kimi gündəmdə saxlanmalıdır.

Məncə, dərslikləri yerli müəlliflər yazmalıdır. Çünki burada təkcə fənn bilikləri deyil, həm də ideoloji, milli-mənəvi məsələlər önəmlidir. Məsələn, riyaziyyat dərsliyində mövzuları haradansa götürüb yerləşdirmək olar, amma ibtidai sinifdə ana dili, ədəbiyyat, mədəniyyətlə bağlı mətnləri yalnız yerli müəllif yaza bilər. Ona görə də biz dərslik müəlliflərinin seçilməsinə daha ciddi yanaşmalıyıq. İbtidai təhsillə bağlı yalnız müəllim deyil, məzmun, dərslik və metodika məsələləri də əsas problemlərdəndir. Bəli, kimisə tənqid etmək asandır, amma təhsil ümumxalq işidir. Mən istərdim ki, hamı bu sahədə səfərbər olsun.

Elm və Təhsil Nazirliyi də tənqidlərə açıq olmalıdır. “Yalnız mən bilirəm, yalnız mən haqlıyam” yanaşması təhsildə yolverilməzdir. Peşəkar yanaşma tələb olunur.

Hesab edirəm ki, yalnız ibtidai siniflərdə yox, bütün siniflərdə keyfiyyətli təhsil təmin olunmalıdır. Bu, çətin olsa da, mümkündür”.

İlqar Orucov dərsliklərin yenilənməsi məsələsinə isə bu cür mövqe bildirib:

“Dərsliklər zaman-zaman yenilənir, yeni dərsliklər dövriyyəyə daxil olur. Amma görünən budur ki, çox vaxt yenilənmələr də keyfiyyətli məzmun üzərində qurulmur. Mən öz təhsil dövrümü xatırlayıram: sovet dövründə bir dərslik illərlə istifadə olunurdu, hər gün yeni dərslik çap olunmurdu. İndi isə dərsliklər tez-tez dəyişir, məzmun sürətlə dəyişir. Bu isə oturuşmuş dərslik sisteminin formalaşmasına mane olur. Mənim demək istədiyim budur: dəyişiklik lazımdır, amma dəyişiklik keyfiyyətli və məqsədyönlü olmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri