Icma.az
close
up
RU
“Azərbaycanda hər iki nəfərdən biri pensiya yaşına çatmadan vəfat edir”

“Azərbaycanda hər iki nəfərdən biri pensiya yaşına çatmadan vəfat edir”

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Son dövrlərdə pensiya sisteminə dair verilən açıqlamalar və yayılan fikirlər cəmiyyətdə müəyyən narahatlıq doğurur. Vətəndaşlar, əvvəlki illərdəki təcrübədən çıxış edərək, haqlı olaraq düşünürlər ki, bu kimi hallarda hökumət əsasən pensiya əlçatanlığını məhdudlaşdırmaq və ya xidmətlərin sayını azaltmaqla xərcləri optimallaşdırmağa çalışır”. 
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
O əlavə edib ki, belə bir yanaşmanın əsas məqsədi artan təzyiqləri yumşaltmaq olsa da, bu, sosial baxımdan birmənalı qarşılanmır:
“2014–2015-ci illərdə pensiya sisteminin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatların əsas hədəfi gəlir və xərclər arasında balans yaratmaq idi. 2017-ci ildə Əmək Pensiyaları Haqqında Qanuna edilən dəyişikliklər isə daha çox pensiyaçıların sayının azaldılması və pensiya yükünün optimallaşdırılması istiqamətində addımların atıldığını göstərdi. Əslində, pensiya sisteminin maliyyə dayanıqlığının təmin olunması üçün gəlir artırıcı imkanlar mövcuddur. Əmək bazarının leqallaşdırılması bu istiqamətdə ən mühüm resursdur. Ölkədə 5 milyona yaxın məşğul əhali olsa da, cəmi 1 milyon 750 min nəfərin əmək müqaviləsi mövcuddur. Bu da o demək deyil ki, əmək münasibətləri tam şəffafdır. Xüsusilə özəl sektorda əməkhaqqının minimum səviyyədə rəsmiləşdirilməsi halları geniş yayılıb”. 
İqtisadçı əlavə edib ki, bu isə sosial sığorta sisteminə daxil olan vəsaitlərin həcmini azaldır:
“Bundan əlavə, fərdi sahibkarların dövlət sosial sığorta haqları üzrə mövcud qaydalar da ədalətli bölgünü əks etdirmir. Hazırda 100 manat gəlir əldə edənlə, 100.000 manat gəliri olan sahibkar eyni məbləğdə minimum əməkhaqqının 25%-i qədər sığorta haqqı ödəyir. Bu isə gəlirə əsaslanan diferensial sistemin tətbiqinə ehtiyac olduğunu göstərir. Digər tərəfdən, vətəndaşların narahatlıqla yanaşdığı məsələ pensiya yaşının artırılması ehtimalıdır. 2027-ci ildən etibarən qadınlar üçün də pensiya yaşı 65-ə çatdırılacaq. Bu zaman ölkədə pensiya yaşı 65 olacaq, halbuki orta ömür 74.5 ildir. Yəni orta ömürlə pensiya yaşı arasındakı fərq cəmi 9.5 ildir. Halbuki dünya üzrə bu fərq orta hesabla 14.5 ildir. Müqayisə üçün, bəzi Avropa ölkələrində pensiya yaşı 67 olsa da, orada orta ömür 85–89 yaş arasında dəyişir. Azərbaycanda isə hər iki nəfərdən biri pensiya yaşına çatmadan vəfat edir”.

R.Həsənov deyib ki, bu, olduqca düşündürücü və narahatedici göstəricidir:
“Bütün bu amillər fonunda, Azərbaycanda pensiya yaşının artırılması deyil, əksinə, onun azaldılması ilə bağlı müzakirələrin gündəmə gəlməsi daha məntiqli və sosial cəhətdən ədalətli olardı. Mövcud şəraitdə hökumətin siyasət mesajlarına əsaslanaraq demək olar ki, yaxın 5 ildə pensiya yaşının artırılması ilə bağlı əlavə bir qərarın qəbul olunması ehtimalı azdır qadınlar üçün əvvəlcədən təsdiq olunmuş artım istisna olmaqla. Pensiya sistemində islahatlar aparılarkən yalnız xərclərin azaldılmasına deyil, həm də gəlirlərin artırılmasına, sosial ədalət prinsipinə və vətəndaşların rifahına əsaslanan kompleks yanaşma zəruridir. Yalnız bu halda vətəndaşların pensiya sisteminə inamı qorunacaq və sosial sabitlik təmin olunacaq”.
Leyla Turan
Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see154

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see147

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri