Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? STATİSTİKA
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı mərhələli artım prosesi başa çatıb. Belə ki, 2026-cı il iyulun 1-dən etibarən qadınlar üçün də yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan yaş həddi 65 il müəyyənləşdirilib. Bununla da qadın və kişilər üçün ümumi pensiya yaşı bərabərləşib.
Bəs 2025-ci il ərzində Azərbaycanda neçə qadın 65 yaşına çatmadan vəfat edib
Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ötən il ölkədə ümumilikdə 59834 ölüm halı qeydə alınıb.
Onlardan 27140-ı qadınlar, 32694-ü isə kişilər olub. Beləliklə, 2025-ci ildə bütün ölüm hallarının təxminən 45 faizi qadınların payına düşüb. Bu rəqəm qadın ölümünün kişilərlə müqayisədə daha aşağı olduğunu göstərir.
Dövlət Statistika Komitəsinin məlumatında ölüm göstəriciləri həm yaşa, həm cinsə, həm də ölüm səbəblərinə görə təqdim olunur. Məlumata görə, qadınların 2503-ü 60-64 yaş, 1439-u isə 55-59 yaş aralığında vəfat ediblər. Yəni ötən il vəfat edən qadınlardan 3942 nəfəri 55-64 yaş aralığında vəfat edənlərdir. Təqaüd yaşına çatmayan hər bir şəxsin ölümü faktiki olaraq say hesab edilsə də, burada əsasən təqaüd yaşına yaxın illər əsas götürülüb.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Oktyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















