Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Azərbaycanda hərbi xidmət müddəti azaldılmalıdır Polkovnik

Azərbaycanda hərbi xidmət müddəti azaldılmalıdır Polkovnik

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda məcburi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı qanun layihəsi hökumətin gündəliyinə daxil edilib. Layihəyə əsasən, sıravi əsgərlərin xidmət müddətinin 2025-ci ilin qış çağırışından etibarən 24 aydan 18 aya endirilməsi nəzərdə tutulur. Yerli mediaya görə, bu dəyişiklik 2027-ci ildən etibarən hərbi xərclərin azalmasına səbəb olacaq.

Ermənistanın hərbi xidmət müddətini azaltması onun ordu potensialına necə təsir göstərə bilər? Azərbaycanda da gələcəkdə xidmət müddətinin azaldılması müzakirə oluna bilərmi?

Redaktor.az  bu mövzuda hərbi ekspert, polkovnik Üzeyir Cəfərovun fikirlərini öyrəndi. O bildirdi ki, Ermənistan Qarabağ məsələsinin həlli ilə əlaqədar olaraq, hərbi qanunvericiliyində əhəmiyyətli dəyişikliklər etməyi planlaşdırır:

"Bu istiqamətdə artıq addımlar atmağa başlayıb. Onlar hərbi xidmət müddətinin azaldılması, təlim toplanışlarının müddətinin və keyfiyyətinin artırılması kimi dəyişiklikləri müzakirə edir. Bu məsələlərin layihə formasında olsa da, 2026-2027-ci illərdə qəbul olunması hədəflənir. Ancaq Azərbaycan Milli Məclisi hələ də hərbi qanunvericiliyi təkmilləşdirmək və yeni müddəalar qəbul etmək barədə düşünür. Nəyi gözlədikləri isə aydın deyil. Alternativ xidmət haqqında qanun Azərbaycanın beynəlxalq öhdəlikləri arasında yer alsa da, hələ də qəbul edilməyib. Keçmişdə müharibə vəziyyəti bəhanə edilərək bu məsələ arxa plana atılmışdı, amma indi belə bir bəhanə yoxdur və qanunun qəbul edilməsinin qarşısında heç bir ciddi əngəl görünmür".

Müsahibimizin fikrincə, Azərbaycanda çağırış yaşının dəyişdirilməsi məsələsi gündəmə gələcək:

"Bu məsələnin, yəni çağırış yaşının azaldılması və hərbi xidmət müddətinin qısaldılması, gələcəkdə müzakirə olunması gözlənilir. Ancaq Azərbaycan parlamentində bu mövzuda təşəbbüs göstərməkdə maraqlı olan deputatlar hələ də tapılmır. Çox vaxt millət vəkilləri yalnız Prezident Administrasiyasından və ya digər yüksək qurumlardan təklif gözləyirlər. Qarabağ məsələsinin həllindən sonra hərbi fərqlərin azalması, daha doğrusu, fərqlərin yalnız təyinatına uyğun istifadə olunması gərəkdir. Bu baxımdan, hərbi xidmət müddətinin azaldılması vacibdir. Azərbaycanda qanunvericilikdə bəzi boşluqlar mövcuddur. Məsələn, bakalavr pilləsindən sonra magistratura və doktorantura təhsili təyin edilsə də, qanunda ali təhsil pillələrindəki keçid ilə bağlı müəyyən uyğunsuzluqlar var. Məsələn, bakalavr təhsilini bitirən bir şəxs, daha yüksək səviyyəli təhsilə keçmək imkanı olduğu halda, bu imkandan istifadə edə bilmir. Halbuki məktəbdə təhsilin səviyyəsinə uyğun keçid etmək normaldır. Bu vəziyyətin hərbi xidmət və ali təhsil sahəsində də tənzimlənməsi lazımdır".

Polkovnik qeyd etdi ki, qazi statusu məsələsi də hələ hüquqi əsaslarla tənzimlənməyib.

"Müharibə bitməsinə baxmayaraq, qazi statusu hələ də qanunvericilikdə yer almır. Bu da bir çox qazinin hüquqlarının təmin edilməməsinə səbəb olur. Çox sayda insan "qazi" statusunu qazandığı halda, bunun hüquqi təminatları yoxdur. Azərbaycanın digər qonşu ölkələri, xüsusilə Ermənistan və Gürcüstan, hərbi sahədəki yenilikləri qəbul edir və tətbiq edirlər. Lakin Azərbaycanda bu cür mütərəqqi dəyişikliklər hələ də tətbiq olunmur", - deyə Üzeyir Cəfərov vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri