Icma.az
close
up
RU
Azərbaycanda qadınlar hərbi xidmətə çağırılacaqlar Polkovnik

Azərbaycanda qadınlar hərbi xidmətə çağırılacaqlar Polkovnik

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qadınların hərbi xidmətə çağırılması ilə bağlı zaman-zaman çox müzakirələr olur. Hətta bəzən bu məsələdə yaş məsələsinə də toxunulur. Qonşumuz Ermənistanda 18-27 yaş arası qadınlar da hərbi xidmətə cəlb olunurlar".

Bu fikirləri Redaktor.az-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Türkiyədə qadınların hərbi xidmətə çağırılması məsələsinin gündəm olmasından danışarkən bildirdi.

"Azərbaycanda bu məsələ mümkündürmü? Mən hesab edirəm ki, biz onsuz da gec-tez bu məsələyə gələcəyik. O demək deyil ki, bizim parlamentdə oturanlar bunun mahiyyətini başa düşmürlər və bunu ciddi qəbul eləmirlər. Azərbaycan müstəqilliyinin ilk illərində qadınlarımız da ali hərbi məktəblərə qəbul olublar. Bu gün gizir, çavuş kimi qadınlar xidmət keçirlər. Məsələn, Danimarkada 2026-cı ildən qadınlar da həqiqi hərbi xidmətə çağırılacaqlar. Zaman-zaman biz eşidirik ki, Azərbaycanda güc strukturlarında müxtəlif yaşlı qadınlar Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi xidmətə cəlb olunurlar. Bu normaldır. Çünki bizdə elə hərbi hissələr, xidmət sahələri var ki, orada qadınların olması yaxşıdır. Təhsil, tibb, hərbi tədris yerlərində qadınların olması, ümumiyyətlə, pis deyil".

Polkovnikin sözlərinə görə, biz Konstitusiyadan danışırıqsa, Konstitusiyada qadınların da hüquqları var:

"Həmin o hüquqlardan biri də qadınların da hərbi xidmətə çağırılmasıdır. Elə ölkələr var ki, orada general qadınlar var və hərbi vəziyyəti idarə edirlər. Ona görə də gec-tez Azərbaycan da bu məsələyə gələcək. Qardaş Türkiyədə qadınların hərbi xidmətə çağırılması çox normaldır. Biz daha çox nədənsə sağa-sola baxırıq, qardaş Türkiyədə qadınların hərbi xidmətə çağırılması məsələsi aktuallaşan, oturuşan kimi, Azərbaycanda da qadınlar hərbi xidmətə çağırılacaqlar. Mən buna çox müsbət yanaşıram. Qadınların hərbi xidmətdə olması təkcə xidməti vəzifələrlə əlaqədar deyil, onlarla bərabər xidmət keçən kişilərin də bir qədər özlərini toparlaması, yəni mentalitet baxımından bir qədər də onların motivasiyasını yüksəltməyə xidmət edəcək. Bu proses baş verəcək. Amma hələ hazırkı şərtlərdə bu o qədər də geniş yayılmayıb. Amma bunun olması Azərbaycan Silahlı Qüvvələri üçün, Azərbaycan dövləti üçün çox lazımlı və önəmli məsələlərdən biridir".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri