Icma.az
close
up
RU
Azərbaycanda hotellər kəskin ucuzlaşdı SƏBƏB

Azərbaycanda hotellər kəskin ucuzlaşdı SƏBƏB

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Havaların qeyri-sabit və yağışlı keçməsi, eyni zamanda aprel ayında rəsmi istirahət günlərinin az olması bölgələrdə turizm sektoruna birbaşa təsir edib. Xüsusilə rayonlarda fəaliyyət göstərən hotellərdə müştəri axınının azalması qiymətlərin kəskin şəkildə aşağı salınmasına səbəb olub. Sahibkarlar doluluğu təmin etmək üçün endirimlərə getsələr də, bu addım gözlənilən nəticəni tam vermir.
Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev Demokrat.az-a deyib ki, son zamanlar intensiv yağan yağışlar paytaxtdan bütün bölgələrə gedən turistlər üçün müəyyən çətinliklər yaradıb:
“Yollarda sel sularının həddindən artıq olması, yolların qismən qəzalı vəziyyətə düşməsi bölgələrə gedən turistlərə ciddi təsir göstərib. Xüsusən şimal bölgəsində Şəki, Qax, Zaqatala, Balakən bölgələrində çox ciddi yağıntılar olub, normadan artıq yağıntı qeydə alınıb. Bu da həm bölgələrdə yaşayan sakinlərə, həm də orada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ciddi zərər vurub. Nəticə etibarilə turizm sənayesi də bundan zərər görüb. Bu dövr qeyri-mövsüm sayılır. Bu cür yağıntıların olması səyahət edənlər üçün əlavə çətinliklər yaradır. Amma eyni zamanda sahibkarlar bu istiqamətdə endirimlər və xüsusi kampaniyalar təklif etsələr, turistlər üçün daha maraqlı ola bilər. Çünki bu aylarda, hələ may ayının sonuna qədər, bölgələr qeyri-mövsüm hesab olunur. Mayın ikinci yarısından, təxminən 20-25-dən sonra isə bölgələrə axın daha da güclənəcək”.

O bildirib ki, hazırda yaxın bir neçə ay üçün bölgələrdə hava şəraitinin müəyyən qədər qeyri-sabit olacağı, ara-sıra yağışların davam edəcəyi gözlənilir:
“Amma bunun nə dərəcədə kəskinləşəcəyini indidən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Hər halda bu yağışlar müəyyən təsirlər göstərir. Oxşar hallar əvvəllər də yaşanıb. Hazırda isə yol infrastrukturu demək olar ki, yüksək səviyyədə bərpa olunur. Yaxın vaxtlarda Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı istiqamətində yol işlərinin tamamlanması, o cümlədən İsmayıllıda körpünün açılışı nəzərə alınsa, hesab edirəm ki, yol infrastrukturu tamamlandıqdan sonra bu istiqamətdə ciddi maneələr qalmayacaq. Bölgələrdə fəaliyyət göstərən hava limanlarının da gələcəkdə fəaliyyətini genişləndirməsi və daha aktiv işləməsi nəzərdə tutulur. Bu da vətəndaşların rahat şəkildə səyahət etməsi üçün əlverişli şərait yaradacaq. Həmçinin işğaldan azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanı, yəni Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanları fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala, Qəbələ və Lənkəran hava limanları da mövcuddur. Gələcəkdə hava nəqliyyatının daha da aktivləşməsi ilə vətəndaşlar yağıntılı hava şəraitində belə təyyarə ilə rahat şəkildə bölgələrə gedib-gələ biləcəklər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Aprel 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri