Icma.az
close
up
RU
Azərbaycanda bu tarixdə hotellər kəskin bahalaşacaq SƏBƏB

Azərbaycanda bu tarixdə hotellər kəskin bahalaşacaq SƏBƏB

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

May ayındakı ardıcıl qeyri-iş günləri Azərbaycanın daxili turizm bazarında kəskin canlanma yaradaraq regionlara olan axını sürətləndirir. Yaz fəslinin əlverişli hava şəraiti ilə birləşən bu tətil günləri minlərlə insanın səyahət planlarını reallaşdırmasına geniş imkanlar açır. Lakin tələbin bu dərəcədə kütləvi xarakter alması, təbii olaraq, turizm obyektlərinin qiymət siyasətinə də birbaşa təsir göstərir. Xüsusilə populyar istiqamətlərdə yerləşən hotellər artan marağı nəzərə alaraq öz tariflərini dinamik şəkildə yuxarı doğru tənzimləyirlər. Bazar iqtisadiyyatının qanunauyğunluğu kimi ortaya çıxan bu bahalaşma, həm lüks istirahət mərkəzlərində, həm də orta seqmentli qonaqlama yerlərində müşahidə edilir. Nəticədə, bayram ərəfəsində boş yer tapmaq çətinləşir və qiymətlər adi günlərlə müqayisədə əhəmiyyətli dərəcədə fərqlənir. 
Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev Demokrat.az-a deyib ki, bu gün Azərbaycanda turizm sahəsində müəyyən nisbi durğunluq müşahidə olunur:
“Bu hal əsasən ölkəyə gələn turist sayının azalması ilə əlaqələndirilir. Sözügedən azalma isə dünyada baş verən geosiyasi proseslər, xüsusilə də Körfəz ölkələrində baş verən müharibələr və artilleriya döyüşləri ilə bağlıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Asiya ölkələrindən Azərbaycana həyata keçirilən bir çox aviareyslər Körfəz ölkələrinin hava məkanından istifadə edir. Hazırda həmin hava məkanının qapalı olması turist axınının azalmasına birbaşa təsir göstərir. Bununla belə, ümumi mənzərəyə baxdıqda, hər il olduğu kimi, əlamətdar günlərdə bölgələrdə və hotellərdə doluluq səviyyəsi artır. Digər tərəfdən, fevral-aprel ayları qeyri-sezon dövrü hesab olunduğuna görə bu müddətdə hotellər tərəfindən müxtəlif kampaniyalar və aksiyalar təşkil olunur, qiymətlər isə nisbətən aşağı təklif edilir. Dünya təcrübəsi göstərir ki, tələbat artdıqca qiymətlərin yüksəlməsi qaçılmazdır. Bu, bazarın təbii reaksiyasıdır”.
O bildirib ki, hotellərin satış siyasəti də qiymətlərin formalaşmasına təsir edir:
“Adətən ilk növbədə "ekonom" və "standart" otaqlar satışa çıxarılır. Bu otaqlar daha kiçik sahəyə malik olduğundan və daha az xidmət tələb etdiyindən daha münasib qiymətlə təklif olunur. Lakin daha yüksək kateqoriyalı otaqlar məsələn, "suite", "superior", "exotic suite", "grand suite" və "family suite" daha geniş sahəyə və əlavə xidmətlərə malikdir. Bu tip otaqlarda isitmə, soyutma, xidmət və əlavə personal xərcləri daha yüksək olduğuna görə qiymətlərin baha olması qaçılmazdır. Tələbat artdıqca əvvəlcə daha münasib qiymətli otaqlar satılır, yüksək kateqoriyalı otaqlar isə qalır. Bu isə ümumi qiymətlərin yüksək görünməsinə səbəb olur və cəmiyyətdə bəzən çaşqınlıq yaradır. Halbuki qiymət artımının arxasında konkret və məntiqli səbəblər dayanır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Aprel 2026 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri