Azərbaycanda icbari sığorta bazarı üzrə ödənişlər artıb
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Bu ilin yanvar ayında Azərbaycanda icbari sığorta növlərinin hesabına 20,148 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 11,75 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 16,3 % çoxdur.
Beləliklə, yanvarda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 58,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 43,8 manat olub.
Xatırladaq ki, yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 156,604 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1 manat olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 28 Fevral 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















