Azərbaycanda icbari sığorta üzrə ödənişlər 21 % dən çox artıb
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 92,213 milyon manat sığorta haqqı toplanılıb.
SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,5 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 53,71 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,3 % çoxdur.
Beləliklə, 4 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 32,4 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 610,216 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304,353 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,6 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 39,3 manat olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 23 May 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















