Icma.az
close
up
RU
Azərbaycanda idman zalında ölən məşhurlar... ŞOK SƏBƏBLƏR

Azərbaycanda idman zalında ölən məşhurlar... ŞOK SƏBƏBLƏR

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, bu gün Əməkdar artist Cabir İmanov paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək dünyasını dəyişib.

Qeyd edək ki, son illər idman zallarında tez-tez bu cür ölüm hadisələrinə rast gəlinir. Hətta bəzən peşəkar məşqçilər də məşq zamanı dünyasını dəyişirlər.

Bakupost.az Azərbaycanda baş verən oxşar hadisələri araşdırıb. İdman zallarında baş verən ölüm hadisələri ilə bağlı məlumatları təqdim edirik:

2016-cı il, 3 fevral — “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becelin Bakıdakı ticarət mərkəzlərindən birində yerləşən idman zalında məşq edərkən vəziyyəti pisləşib. Dərhal təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbi infarkt olaraq göstərilib.

2020-ci il, 5 yanvar — Bakıda 27 yaşlı fitnes müəllimi İnam Bayramov məşq zamanı qəfil yerə yıxılıb və ürəktutmadan həyatını itirib.

2021-ci il, 22 oktyabr — Səbail rayonu ərazisində yerləşən idman zalında 1991-ci il təvəllüdlü fitnes məşqçisi Teymur Məmmədrzayev vəfat edib. Zal sahibi Ceyhun Vəliyev bildirib ki, mərhum anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkib və ekspertiza rəyinə görə məşq zamanı epilepsiya tutması baş verib.

2023-cü il, 9 may — “Qarabağ” futbol klubunun oyunçusu Şirxan Həsənzadə məşq zamanı ürəyi dayanaraq vəfat edib.

2023-cü il, 10 mart — Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Vurğun Rezidens" idman zalında 1983-cü il təvəllüdlü Həsən Quliyevin məşq zamanı qəfil halı pisləşib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər Həsən Quliyev keçinib.

Mövzu ilə bağlı kardioloq-həkim Azər Mustafayev Bakupost.az -a açıqlamasında idmanın ürəyə yüklənmə verdiyini və tarixən ağır atletika, fitneslə məşğul olan professional idmançıların çoxunun 50 yaşda ürək problemindən öldüyünü bildirib:

“Uzun müddət ağır idman növləri ilə məşğul olduqda ürək normadan çox yüklənir və bu onu belə deyək az da olsaş zədələyir. Adi insanlar isə illərlə idman etməyən , buna öyrəşməyən bədəni idmanla formaya salmaq, arıqıamaq üçün idmana gedəndə, ürək bu yükə alışa bilmir.

Ona görə də 40 yaşdan sonra idmana başlayan insan hər il mütəmadi stress test müayinəsindən keçməlidir".

Mütəxəssis hesab edir ki, Cabir İmanovun qəfil ölümünün səbəbi aterosklerotik düyünün dağılması, yaxud da idmançılarda çox rast gəlinən ürək zədələnməsi nəticəsində geniş miokard infarktı və ya ciddi aritmiya olub:

"Yarışlara çıxan professional idmançılara gəlincə, onlar müəyyən preparatlar, qida əlavələri qəbul edirlər ki, bu da da müəyyən qədər mənfi təsir edir. Cabir İmanov professional idmanla məşğul olurdusa, o, kişilər üçün təhlükəli yaş dövrünə keçdiyi üçün risk altında idi.

İstənilən idman növünə gedən insan mütləq həkim müayinəsindən, stress testindən keçməlidir ki, onda nəsə olub –olmadığı bilinsin.

Adi insanlar sağlamlıq üçün fiziki aktivliklə məşğul olsalar, yaxşıdır. İdman ayrıdır, fiziki aktivlik ayrı. İdmanda ürək süni şəkldə yüklənir. Əgər Cabir İmanov 3-5 ay əvvəl stress testdən keçsəydi, onun ürəyinin hansı yükə tab gətirə bilib–bilməyəciyini təxmin etmək olardı. Həkim problem görəndə xəstə məlumatlandırılır və fiziki aktivlik qalmaq şərtilə idmanı saxlaya bilər”.

Azər Mustafayev bildirdi ki, 40-50 yaşlı insanı geniş miokard infarktıdan xilas etmək daha çətindir, nəinki yaşlı insanları. Çünki yaşlı insanlarda qoruyucu alternativ damar şəbəkəsi olur. Yaşlı insanlar sakit vəziyyətdə infarkt olur, ştanq qaldırmır, ağırlıq qaldırmır, qaçmır, cavan adam isə kəskin, ağır yükləmə altında olanda ürək əzələsi daha çox zədələnir”.

Aygün,

Lalə, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri