Icma.az
close
up
RU
Azərbaycanda boşanmaların gizli səbəbi ŞOK SƏBƏBLƏR

Azərbaycanda boşanmaların gizli səbəbi ŞOK SƏBƏBLƏR

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Son illərdə ölkəmizdə boşanmaların sayı evlənənlərin yarısını təşkil edir. Belə ki, 2023-cü ildə 54 200 nikaha daxil olma halı qeydə alınmışdırsa, eyni ildə 21 688 boşanma baş verib.

Nikahın davametmə müddətinə görə ölkəmizdə ən çox boşanma evlilik müddəti 10-19 ili əhatə edən cütlüklər arasında baş tutub. Belə ki, 5 ilə qədər evli qalaraq boşananların ümumi sayı 5814, evlilik müddəti 5-9 il olanlar arasında boşanma sayı 5805 nəfəri əhatə edir, evlilik müddəti 10-19 il olan cütlüklər arasında boşanma sayı isə 7735-dir. Boşananların ümumi statistikası içərisində ən az boşananlar evlilik müddəti 20 il və daha çox olanlardır. 

Boşanmaların səbəbləri sırasında bir çox amilin adı çəkilir. Məsələn iqtisadi vəziyyət, sosial şəbəkələrin populyarlaşması, kənar şəxslərin müdaxiləsi və sair kimi səbəblər göstərilir. Bir sıra həkim və ekspertlər isə düşünür ki, boşanmaların əsas səbəblərindən biri də cütlüklər arasında cinsi münasibətlərin normal olmamasıdır.

Bəzi ekpspertlər isə qeyd edir ki, kişilərdə impotentliyin (erektil disfunksiyanın) boşanmalara təsiri ciddi sosial və psixoloji nəticələrə səbəb ola bilər. Cinsi həyat bir çox evliliklər üçün vacib komponentdir. Əgər kişidə erektil disfunksiya olarsa, bu zaman yaranan uzunmüddətli narazılıq münasibətlərin soyumasına, emosional uzaqlaşmaya və nəticədə cütlüklərin ayrılmasına gətirib çıxara bilər.

Modern.az mövzu ilə bağlı bir sıra ekspert və həkimlərlə söhbət edib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, bütün boşanmaların səbəbkarı yalnız kişilər və ya qadınlardır demək olmaz. Bəzi hallarda üçüncü şəxslərin müdaxiləsi də boşanmalara səbəb olur. 

“Ümumilikdə hər bir ailəyə görə boşanmaların səbəbi fərqli ola bilər – iqtisadi problemlər, dini və sosial təsirlər, xəyanət, psixoloji münasibətlərin normal olmaması və sair. Bu gün boşanmalara əsas səbəb məhz tərəflər arasında problemlərin danışaraq həll olunmamasıdır. Bu da o deməkdir ki, cütlüklərin problem həll etməyə potensialı və gücü yoxdur. Bu cür olduğu təqdirdə də digər şəxslərin münasibətə qarışır və nəticədə ailələr dağılır”. 

Cütlüklər arasında cinsi münasibətlərin boşanmalara təsirindən də danışan M. Zeynalova vurğulayıb ki, əvvəllər tərəflər cinsi münasibətlər kimi şəxsi mövzular müzakirə edilmir və tərəflər bu haqda danışmırdı. İndi hamı bu barədə danışır və daha çox buna köklənirlər.

"İndi əksəriyyət qeyd edir ki, boşanmaların da əsas səbəbi cinsi bərabərliyin normal olmamasıdır. Cinsi münasibətlərə çox fokuslanmaq tərəflərin evlənməmişdən əvvəl bir neçə il birlikdə yaşayıb, cinsi münasibətlərdə olmasının təbliğatına gətirib çıxarda bilər. Qeyd edirlər ki, tərəflər arasında cinsi uyğunluq yoxdur və bu səbəbdən boşanmalar çoxalır, bunun da qarşısını almaq üçün birgəyaşayışın lazım olduğu vurğulanır. Mən demirəm ki, cinsi münasibətlərin zəif olması boşanmalara səbəb olmur, amma bu məsələni şişirtməyin də mənası yoxdur".

Androloq və uroloq Timuçin Məhərrəmbəyli isə qeyd edib ki, son illərdə kişilər arasında cinsi zəiflik səbəbindən müraciət edənlərin sayı çoxalıb və bu da öz növbəsində boşanmaların səbəblərindən birinin də məhz cinsi bərabərliyin normal olmaması faktını ortaya qoyur:

“Cütlüklər arasında olan cinsi istəksizlik, uyuşmazlıqlar, partnyorların bir-birini yaxından tanımamaları, istəklərini bilməmələri bu problemin yaranmasına gətirib çıxardır. Müraciətlərdə də ən çox rastlaşdığımız şikayətlər kişilər arasında cinsi istəksizlik, erkən boşalma, ümumiyyətlə cinsi birlikdəliyə marağın olmaması daha yayğındır. Bir az daha analiz topladıqca məlum olur ki, kişilər arasında tütün məhsullarına aulidə olmaq, alkaqollu içkilərdən istifadə, iş rejiminin gərgin olması faktorları cinsi zəifliyə, həvəssizliyə gətirib çıxarır ki, bu da ailə münasibətlərinə təsir göstərir. Bəzən bu kimi hadisələr qadınların da başına gəlir, belə ki, iş rejiminin ağır olması və yaxud ev işlərinin çox olması qadınlar arasında cinsi münasibətə marağı azalda bilir”. 

Uroloq onu da qeyd edib ki, boşanmalara başqa səbəblərdə biri də cinslər arasında uyuşmazlıqdır. Bu zaman tərəflər bir-birlərinin cinsi istəklərini bilmir və ya görməzdən gəlir. Bu da öz növbəsində münasibətləri pozur, çünki uzun müddət cinsi əlaqənin olmaması tərəflər arasında ailə-məişət münasibətlərinin də getdikcə pozulmasına səbəb olur”. 

“Belə olan hallarda pasiyentlərimizə zərərli vərdişlərdən uzaq durmağı, iş rejimlərini daha sərbəst formaya salmağı, cütlüklərin bir-birləri ilə daha çox vaxt keçirməyi, istəklərinə, maraqlarına hörmətlə yanaşmağı, lazım gələrsə ailə psixoloqundan yardım almaq, həftə sonu şəhərin səs-küyündən uzaq yerlərdə birlikdə vaxt keçirməyi məsləhət görürük. Bunlardan əlavə rutin müayinələrdən keçmək lazımdır, kişilər androloq, uroloqa, qadınlar isə ginekoloqa getməkdən çəkinməməlidir. Problemlərin həllinə yönəlik ümumi yoxlanışdan keçməli, cinsi münasibətlərini həm tibbi, həm də psixoloji baxımdan bərpa etməyə çalışmalıdırlar” - deyə Timuçin Məhərrəmbəyli sonda qeyd edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri