Icma.az
close
up
RU
“Azərbaycanda idmanın inkişafı strateji dövlət siyasəti kimi formalaşıb“ Pərvanə Vəliyeva

“Azərbaycanda idmanın inkişafı strateji dövlət siyasəti kimi formalaşıb“ Pərvanə Vəliyeva

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənab Prezident İlham Əliyevin ölkə idmanına və idmançılarına olan diqqəti və qayğısı Azərbaycanda idmanın bütün sahələrinin inkişaf etdirilməsində, yeni və möhtəşəm idman saraylarının inşasında, ayrı-ayrı idman növlərinə dövlət büdcəsindən maliyyə dəstəyinin ayrılmasında, həmçinin idmançı gənclərin inkişafı üçün hər cür şəraitin yaradılmasında özünü təcəssüm etdirir. Xüsusilə gənclərimizin idmana cəlb edilməsi, onların sağlam inkişafı, cəmiyyətə və dövlətə yararlı və layiqli vətəndaş kimi yetişdirilməsi Ölkə Başçısının qarşısına qoyduğu əsas məsələlərdən hesab olunur.

Bu gün gənclərimizin fiziki gücə sahib olması, eyni zamanda cəmiyyətə faydalı və vətənpərvər ruhda yetişməsi həm Ölkə Başçısının, həm də xalqımızın illər ərzində çəkdikləri əziyyətin nəticəsidir. Belə bir əziyyətin nəticəsi olaraq biz, xalqının və gənclərinin gücünə söykənən qüdrətli dövlətimizin olmasını bütün dünyaya sübut etmişik.

Bakı şəhərində ən müasir idman infrastrukturları, idman kompleks və zalları inşa edilmiş və bu quruculuq işləri hələ də davam etdirilir. Ötən illərdə Bakıda mötəbər Avropa Oyunlarının, eləcə də İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsinin şahidi olmuşuq. Bundan başqa, təkcə Bakıda yox, həmçinin ölkənin bir çox iri rayon və şəhərlərində də idmanın inkişafı məqsədilə müxtəlif komplekslər inşa edilmiş, fəal gənclər həmin komplekslərdən istifadəyə cəlb edilmişlər. 

Bu il Azərbaycan idmanı tarixində ən uğurlu dövrlərdən biri kimi yadda qalıb. İdmançılarımızın beynəlxalq arenalarda qazandığı 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal ölkədə idmanın inkişafının sistemli və məqsədyönlü dövlət siyasəti nəticəsində mümkün olduğunu açıq şəkildə göstərir. Keçən illə müqayisədə nəticələrin daha da yaxşılaşması idmana göstərilən diqqətin, maliyyə və institusional dəstəyin davamlı xarakter daşıdığını təsdiqləyir.

Azərbaycanda idmanın inkişafı strateji dövlət siyasəti kimi formalaşıb. Son illər ərzində idman infrastrukturu faktiki olaraq yenidən qurulub, regionlarda müasir Olimpiya İdman Kompleksləri istifadəyə verilib. Bu il Gəncə və Yevlaxda iki yeni kompleksin açılması ilə bölgələrdə bu cür obyektlərin sayı 46-ya çatıb ki, bu da gənclərin idmana cəlb olunması üçün bərabər imkanlar yaradır. Yaradılan şərait gənc nəslin sağlam böyüməsinə, peşəkar idmançıların yetişməsinə və kütləvi idmanın genişlənməsinə xidmət edir.

İdman eyni zamanda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Beynəlxalq yarışlarda Azərbaycan bayrağının ucaldılması xalqda qürur hissi yaradır, idmançıların məsuliyyətini artırır və onları müzəffər xalqın layiqli nümayəndələri kimi çıxış etməyə təşviq edir. Sağlam bədən və sağlam ruhun vəhdəti ölkənin davamlı inkişafının əsas şərtlərindən biri kimi təqdim olunur.

Beynəlxalq idman tədbirlərinin ölkəmizdə keçirilməsi Azərbaycanın artan potensialını nümayiş etdirir. MDB ölkələrinin III Oyunlarının bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə təşkil olunması regionların inkişaf səviyyəsini və qonaqpərvərliyini dünyaya göstərdi. İlk dəfə Bakıda keçirilən UFC turniri, eləcə də Formula 1 yarışları Azərbaycanın qlobal idman xəritəsində mövqeyini daha da möhkəmləndirdi, ölkənin tanıdılmasına və turizmin inkişafına mühüm töhfə verdi.

Qış idmanı sahəsində də mühüm addımlar atılır. Qusarda, Şahdağ Xizək Kurortunda Xizək üzrə Dünya Kubokunun keçirilməsi Azərbaycanın beynəlxalq qış idmanı təqviminə daxil olmasını təmin edir. Bu, həm idmanın şaxələndirilməsi, həm də regionlarda məşğulluğun və turizmin artması baxımından böyük əhəmiyyət daşıyır.

İdman siyasəti sağlam cəmiyyətin formalaşmasına, gənclərin düzgün tərbiyəsinə, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Dövlət tərəfindən idmançıların və mütəxəssislərin mütəmadi şəkildə qiymətləndirilməsi isə bu sahədə motivasiyanı daha da gücləndirir və gələcək uğurlar üçün möhkəm zəmin yaradır.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Dekabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri