Icma.az
close
up
RU
Azərbaycanda “ikinci əl” avtomobillər KONKRET

Azərbaycanda “ikinci əl” avtomobillər KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb. Belə ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, hazırda yalnız sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış elektrik mühərrikli avtobusların idxalı, eləcə də həmin avtobusların sonradan komplektləşdirilərək satışı 1 il müddətinə ƏDV-dən azad olunub.

Martın 25-dən etibarən isə raritet avtonəqliyyat vasitələrinin ölkəyə idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilib.

Maraqlıdır, bu dəyişikliklər fonunda avtomobil bazarında qiymət dinamikası necə dəyişib? Hazırda hansı növ avtomobillərdə bahalaşma daha çox müşahidə olunur?

Bundan əlavə, raritet avtomobillərin idxalına tətbiq edilən vergi güzəştləri bazara necə təsir edəcək?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, 2026-cı il yanvarın 1-dən ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin ləğvi bazarda yeni bir tendensiya formalaşdırıb. Onun sözlərinə görə, bu kateqoriyaya aid avtomobillərin qiymətləri rüsumlara uyğun şəkildə artıb.

“Bununla yanaşı, 2025-ci ildə demək olar ki, “çökmüş” ikinci əl avtomobil bazarı bu il tədricən dirçəlməyə başlayıb. Ötən il qiymətlərdə 35-45 faizə qədər enmə müşahidə olunurdusa, artıq bu il əksinə, avtomobillərdə bahalaşma hiss olunur. Bununla belə, bu, bazarda ciddi canlanma olduğu anlamına gəlmir. Əksinə, yanvar-fevral ayları ənənəvi olaraq avtomobil bazarında sakit dövr sayılır və bu il də həmin durğunluq daha aydın hiss olunub. Həm yeni, eləcə də ikinci əl avtomobillərin satışında zəifləmə müşahidə edilib”.

Sədr əlavə edib ki, martın əvvəlindən etibarən isə bazarda müəyyən hərəkətlilik yaranaraq, yenidən  avtosalonlara və avtomobillərə olan maraq artıb:

“Ümumiyyətlə, yeni avtomobil almaq istəyənlər daha çox martın ortalarından sonra qərar verir. Səbəb də odur ki, alıcılar avtomobilin məhz həmin ilin istehsalı olmasına üstünlük verir. Yəni 2026-cı ildə istehsal olunan avtomobilə maraq, 2025-də istehsal olunub 2026-da satışa çıxarılan modellərlə müqayisədə daha yüksək olur. Bu səbəbdən ilin əvvəlində bazarda sakitlik yaranır, yaz aylarından etibarən isə satışlar tədricən artır”.

E.Əliyev qeyd edib ki, nadir və kolleksiya xarakterli avtomobillərə (raritet) gəldikdə isə, onların ümumi bazara təsiri demək olar ki, yoxdur: 

“Bu tip avtomobillər ölkəyə məhdud sayda, əsasən fərdi sifarişlə gətirilir. Daha çox kolleksiya üçün və ya restoran, otel kimi məkanlarda vizual məqsədlə istifadə olunur. Ona görə də bu seqmentə verilən güzəştlər bazarın ümumi dinamikasına ciddi təsir etmir”, – deyə o bildirib.

Məlumat üçün xatırladaq ki, 2019-cu ilin 1 yanvar tarixindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad olunub. Daha sonra 2022-ci ildə hibrid avtomobillərin idxalı və satışı, həmçinin elektromobillərin satış və idxalına da güzəşt tətbiq edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:356
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Mart 2026 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri