Icma.az
close
up
RU
“İkinci əl” avtomobillər ucuzlaşır? AÇIQLAMA

“İkinci əl” avtomobillər ucuzlaşır? AÇIQLAMA

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gələn ildən Azərbaycanda “ikinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyən ediləcək.

Layihəyə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilerlər tərəfindən istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə olunan ikinci əl avtomobillərin satışı zamanı 3 il müddətinə əlavə dəyər vergisinin (ƏDV) ticarət əlavəsindən hesablanması təklif olunur.

Avtosfer.az xəbər verir ki, ekspert Natiq Cəfərli sözügedən dəyişikliyi Ölkə.az-a şərh edib.

O deyib ki, bu dəyişiklik “ikinci əl” avtomobil bazarını canlandıra bilər:

“Dillerlər sözügedən avtomobilləri nağdsız alıb-satarkən, ƏDV-ni əvvəlki kimi bütün məbləğdən deyil, ancaq marjandan, yəni, alış-satış arasında olan fərqdən ödəyəcəklər. 

“Əla təklifdir, əvvəlki qayda tam məntiqsiz idi, indi isə siz avtomobili 20 minə alıb, 22 minə satsanız, yanlız o 2 minin 18%-ni ƏDV kimi ödəyəcəksiniz”, - ekspert bildirib.

N. Cəfərli nəzərdə tutulan dəyişikliyin yalnız istehsal tarixi 5 ildən artıq olmayan avtomobillərə deyil, bütün “ikinci əl” avtomobillərə şamil edilməsini təklif edib.

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərli isə hesab edir ki, bu “ikinci əl” avtomobillərin satışında ƏDV-nin yalnız dillerin ticarət əlavəsindən hesablanması müsbət addımdır:

“Bu dəyişiklik rəsmi dillerin vergi yükünü bir qədər azaldacaq. Həmçinin, onların “ikinci əl” avtomobil bazarında iştirakını stimullaşdıracaq. Vətəndaşlar üçün də burada üstünlüklər gözlənilir. Avtomobilləri rəsmi dillerə satmaq və texniki vəziyyəti yoxlanılmış, zəmanətli avtomobil almaq imkanları da genişlənəcək”.

Ekspertin sözlərinə görə, ancaq vergi yükünün azalması o demək deyil ki, avtomatik olaraq qiymətlər enəcək: “Burada əsas məsələ bu güzəştin istehlakçıya və həmçinin dillerə fayda verməsidir. Gələcəkdə mexanizmin 5 ildən köhnə avtomobillərə də şamil olunması məqsədəuyğun ola bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Noyabr 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri