Icma.az
close
up
RU
Azərbaycanda İLK: Bu qadınlar 1460 manat alacaq

Azərbaycanda İLK: Bu qadınlar 1460 manat alacaq

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“BakuBus” MMC-nin yalnız qadınlar üçün nəzərdə tutulmuş sürücü vakansiyası ictimaiyyətdə maraqla qarşılanıb. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 manat səviyyəsində müəyyən olunub. Lakin sosial şəbəkələrdə əksəriyyət qadınların bu sahədə uğur qazana bilməyəcəyini iddia edirlər. Hətta bəzi hallarda taksi sifarişi zamanı sürücünün qadın olduğunu öyrəndikdə gedişi ləğv edən şəxslərin olduğu bildirilir.

Ekspertlər qadınlarla bağlı bu təklifi necə qiymətləndirirlər?

Bakupost.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, bütün sahələrdə gender bərabərliyinin qorunması istiqamətində addımlar atılır: “Qadın sürücülərin nəqliyyat sektorunda iştirakı alqışlanmalıdır. Dünyanın müxtəlif ölkələrində belə təcrübə var. Düzdür, qadın sürücülər daha çox tramvayları idarə edirlər, çünki bu, avtobuslarla müqayisədə daha asandır. Azərbaycanda qadın sürücülərin sayı son 10-15 ildə artmağa başlayıb. Ona görə də əksəriyyət düşünür ki, onlar “təhlükəli sürücüdürlər”. Bu yanaşma yanlışdır. Əvvəl Bakıda özəl şirkətlərdən biri qadın sürücülərlə bağlı elan versə də, müraciət edən olmadı. Mümkündür ki, indiki cəhdin də sonu belə olsun. Çünki bu peşə qadınlar üçün maraqlı deyil və ağır sahədir”.

Ekspert bildirib ki, gün ərzində xüsusilə, Bakı yollarında sükan arxasında olmaq psixogen bir vəziyyətdir: “Sərnişinlərlə ünsiyyət də qaydasında deyil. Əmək şəraiti çox çətindir – “BakuBus” sürücüləri işə saat 06:00-dan tez gəlməlidir. Qadın bu işi bacara bilsə də, ağır tələblərə görə maraq göstərməyəcəklər”.

Nəqliyyat üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, heç bir şirkətin əsas məqsədi yalnız qadın sürücüləri işə cəlb etmək və ya onların sayını artırmaq olmamalıdır: “Hazırda Azərbaycanda avtomobili peşəkar şəkildə idarə edən, yol hərəkəti qaydalarını yaxşı bilən qadın sürücülər mövcuddur. Xanımlar, adətən, piyadalara və digər nəqliyyat vasitələrinə qarşı daha ehtiyatlı yanaşır, zolaq dəyişmələri zamanı diqqətli davranırlar. Lakin iritutumlu nəqliyyat vasitələrinin, xüsusilə də avtobusların idarə olunması sahəsində fəaliyyət göstərən qadın sürücülərin sayı çox azdır. Bu say o qədər də yüksək deyil ki, “BakuBus” onları işə dəvət etsin. Şirkətin strategiyasının konkret nə olduğu aydın görünmür. “Bakubus” keyfiyyətli, etik davranış qaydalarına əməl edən sürücüləri prosesə cəlb etməlidir”.

Psixoloq Zeynəb Əyyubova qeyd edib ki, qadınlar bu sahədə uğurla fəaliyyət göstərə bilərlər: “Lakin etiraf etməliyik ki, ictimai nəqliyyatda sürücülərlə sərnişinlər arasında gərgin situasiyalar tez-tez baş verir. Əsas məsələ emosional dayanıqlılıq, stresə davamlılıq və konfliktlərlə mübarizə aparmaq bacarığıdır. Bu yanaşma təkcə qadınlara deyil, nəqliyyat sahəsində işləmək istəyən istənilən şəxsə aiddir. İşə götürülərkən psixoloji vəziyyətin qiymətləndirilməsi mütləqdir. Bu məqsədlə psixoloji testlər, müsahibələr və stres altında davranış modellərinin təhlili çox effektiv nəticə verə bilər”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 May 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri