Icma.az
close
up
RU
Bu qadınlar 1460 manat alacaq: Şərtlər isə... Azərbaycanda İLK

Bu qadınlar 1460 manat alacaq: Şərtlər isə... Azərbaycanda İLK

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“BakuBus” MMC-nin yalnız qadınlar üçün nəzərdə tutulmuş sürücü vakansiyası ictimaiyyətdə maraqla qarşılanıb. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 manat səviyyəsində müəyyən olunub. Lakin sosial şəbəkələrdə əksəriyyət qadınların bu sahədə uğur qazana bilməyəcəyini iddia edirlər. Hətta bəzi hallarda taksi sifarişi zamanı sürücünün qadın olduğunu öyrəndikdə gedişi ləğv edən şəxslərin olduğu bildirilir.

Ekspertlər qadınlarla bağlı bu təklifi necə qiymətləndirirlər?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, bütün sahələrdə gender bərabərliyinin qorunması istiqamətində addımlar atılır:

“Qadın sürücülərin nəqliyyat sektorunda iştirakı alqışlanmalıdır. Dünyanın müxtəlif ölkələrində belə təcrübə var. Düzdür, qadın sürücülər daha çox tramvayları idarə edirlər, çünki bu, avtobuslarla müqayisədə daha asandır. Azərbaycanda qadın sürücülərin sayı son 10-15 ildə artmağa başlayıb. Ona görə də əksəriyyət düşünür ki, onlar “təhlükəli sürücüdürlər”. Bu yanaşma yanlışdır. Əvvəl Bakıda özəl şirkətlərdən biri qadın sürücülərlə bağlı elan versə də, müraciət edən olmadı. Mümkündür ki, indiki cəhdin də sonu belə olsun. Çünki bu peşə qadınlar üçün maraqlı deyil və ağır sahədir”.

Ərşad Hüseynov

Ekspert bildirib ki, gün ərzində xüsusilə, Bakı yollarında sükan arxasında olmaq psixogen bir vəziyyətdir:

“Sərnişinlərlə ünsiyyət də qaydasında deyil. Əmək şəraiti çox çətindir – “BakuBus” sürücüləri işə saat 06:00-dan tez gəlməlidir. Qadın bu işi bacara bilsə də, ağır tələblərə görə maraq göstərməyəcəklər”.

Nəqliyyat üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, heç bir şirkətin əsas məqsədi yalnız qadın sürücüləri işə cəlb etmək və ya onların sayını artırmaq olmamalıdır:

İlqar Hüseynli

“Hazırda Azərbaycanda avtomobili peşəkar şəkildə idarə edən, yol hərəkəti qaydalarını yaxşı bilən qadın sürücülər mövcuddur. Xanımlar, adətən, piyadalara və digər nəqliyyat vasitələrinə qarşı daha ehtiyatlı yanaşır, zolaq dəyişmələri zamanı diqqətli davranırlar. Lakin iritutumlu nəqliyyat vasitələrinin, xüsusilə də avtobusların idarə olunması sahəsində fəaliyyət göstərən qadın sürücülərin sayı çox azdır. Bu say o qədər də yüksək deyil ki, “BakuBus” onları işə dəvət etsin. Şirkətin strategiyasının konkret nə olduğu aydın görünmür. “Bakubus” keyfiyyətli, etik davranış qaydalarına əməl edən sürücüləri prosesə cəlb etməlidir”.

Psixoloq Zeynəb Əyyubova qeyd edib ki, qadınlar bu sahədə uğurla fəaliyyət göstərə bilərlər:

Zeynəb Əyyubova

“Lakin etiraf etməliyik ki, ictimai nəqliyyatda sürücülərlə sərnişinlər arasında gərgin situasiyalar tez-tez baş verir. Əsas məsələ emosional dayanıqlılıq, stresə davamlılıq və konfliktlərlə mübarizə aparmaq bacarığıdır. Bu yanaşma təkcə qadınlara deyil, nəqliyyat sahəsində işləmək istəyən istənilən şəxsə aiddir. İşə götürülərkən psixoloji vəziyyətin qiymətləndirilməsi mütləqdir. Bu məqsədlə psixoloji testlər, müsahibələr və stres altında davranış modellərinin təhlili çox effektiv nəticə verə bilər”.

Ləman Hüseynzadə
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 May 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri