Icma.az
close
up
RU
Azərbaycanda ilk dəfə “Qarabağ Kuboku” Milli Mətbəx İrsi Çempionatı təşkil olunub

Azərbaycanda ilk dəfə “Qarabağ Kuboku” Milli Mətbəx İrsi Çempionatı təşkil olunub

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Oktyabrın 14-16-da Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh” beynəlxalq sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “Qarabağ Kuboku” - Milli Mətbəx İrsi Çempionatı təşkil olunub.

Bu barədə qurumdan verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən çempionatın əsas məqsədi Azərbaycan mətbəxinin zəngin ənənələrini, xüsusilə Qarabağ bölgəsinin kulinariya irsini nümayiş etdirmək, onu həm yerli, həm də beynəlxalq auditoriyada tanıtmaqdır.

“Qarabağ Kuboku” Qarabağ mətbəxi, müxtəlif ət məhsullarından hazırlanan ənənəvi və müasir milli mətbəx, həmçinin gənclər və böyüklər üçün komanda yarışları, regional milli qənnadı məmulatlarının sərgisi, Qarabağ mövzusunda qənnadı məmulatlarından hazırlanmış bədii heykəllərin nümayişi və sair istiqamətlər üzrə keçirilib.

Yarışlarda iştirak edən aşpazlar həm fərdi, həm də komanda şəklində çıxış edərək, Azərbaycan mətbəxinin zəngin ənənələrini, xüsusilə Qarabağ bölgəsinin unikal kulinariya irsini nümayiş etdiriblər.

Peşəkar kulinariya ustalarından, tanınmış qida ekspertlərindən və milli mətbəx üzrə mütəxəssislərdən ibarət münsiflər heyətinin rəyi əsasında çempionatın qalibləri “Qarabağ Kuboku”, həmçinin fərdi və komanda nominasiyaları üzrə qızıl, gümüş və bürünc medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, üç gün davam edən tədbir çərçivəsində yerli aşpazlarla yanaşı, Türkiyə və Özbəkistanın tanınmış qastronomiya nümayəndələri tərəfindən ustad dərsləri də təşkil olunub. Ustad dərslərində iştirakçılar, xüsusilə gənc aşpazlar Qarabağ və ümumilikdə Azərbaycan milli mətbəxinin incəlikləri, ənənəvi və müasir kulinariya texnikaları ilə yaxından tanış olub, beynəlxalq təcrübə mübadiləsi aparıblar.

Mustafa Kamal
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri