Icma.az
close
up
RU
Azərbaycanda ilk yaşandı: 24 saat qaçdılar FOTO

Azərbaycanda ilk yaşandı: 24 saat qaçdılar FOTO

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

20–21 iyun 2026-cı il tarixlərində Bakı şəhərində, Antena Park ərazisində Azərbaycan Ultra və Treyl Qaçışçıları İctimai Birliyi (UTR), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Baku Ultra Endurance 2026" yarışı uğurla başa çatıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan tarixində ilk dəfə keçirilən bu formatlı ultra məsafə yarışı 6 saat, 12 saat və 24 saat kateqoriyalarında təşkil edilib, həm yerli, həm də beynəlxalq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Yarışda Azərbaycanla yanaşı Türkiyə, Litva, Amerika Birləşmiş Ştatları, Hindistan, Gürcüstan və Rusiya Federasiyasından idmançılar iştirak edib. Bu baxımdan "Baku Ultra Endurance 2026" ölkəmizdə keçirilən ilk beynəlxalq ultra-endurance yarışlarından biri kimi tarixə düşüb.

Yarış çərçivəsində dünya ultra qaçışının ən tanınmış komandalarından biri olan Sorokin Team geniş heyətlə təmsil olunub və yarışın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verib.

"Baku Ultra Endurance 2026" həm də Azərbaycan ultra qaçış tarixində yeni rekordlarla yadda qalıb. 24 saatlıq yarışın kişilər üzrə qalibi Elmir Əsgərov 212 kilometr məsafə, qadınlar üzrə Leyla Abdinova 164.42 km qət edərək Azərbaycan üzrə 24 saat qaçış rekordunu yeniləyiblər.

Yarışın mükafatlandırma mərasimində Litvanın Azərbaycandakı səfiri cənab Kęstutis Vaškelevičius iştirak edib və qaliblərə mükafatları təqdim edib.

"Baku Ultra Endurance 2026" yalnız idman yarışı deyil, eyni zamanda əsl qaçış festivalı kimi təşkil olunub. Yarışdan bir gün əvvəl ilk dəfə olaraq təşkil edilən Expo zonasında sponsor və tərəfdaşlar stendlərlə iştirak edib, məhsul və xidmətlərini təqdim edib, iştirakçılar üçün müxtəlif aktivliklər həyata keçiriblər. Geniş sponsor və tərəfdaş dəstəyi sayəsində yarış iştirakçıları yüksək səviyyəli təşkilatçılıq, zəngin start paketləri, pasta partisi və festival atmosferi ilə qarşılayıblar.

Yarış nəticələri

6 Saat – Kişilər

Andrej Jegorov – 82.37 km Maksim Tabunov – 70.44 km Seymur Huseynov – 69.12 km

6 Saat – Qadınlar

Natalya Vallek – 53.02 km Gular Salahova – 51.97 km Varvara Mamedova – 50.07 km

12 Saat – Kişilər

Zydrunas Stelmokas – 114.02 km Cabir Dovletzade – 105.14 km Rasim Rzayev – 105.02 km

12 Saat – Qadınlar

Nərmin Quliyeva – 71.92 km Məleykə Nəhmədli – 66.82 km Nigar Omarova – 64.75 km

24 Saat – Kişilər

Elmir Əsgərov – 212.01 km (Yeni Azərbaycan Rekordu) Ağa Əliyev – 197.57 km Marius Zakarauskas – 182.40 km

24 Saat – Qadınlar

Leyla Abdinova – 164.42 km (Yeni Azərbaycan Rekordu) Cəmilə İrəfiyeva – 141.87 km Yelena Dubentsova – 82.92 km

Qeyd edək ki, Azərbaycan Ultra və Treyl Qaçışçıları (UTR) İctimai Birliyi və Azərbaycan Atletika Federasiyasının əməkdaşlığı ilə uğurla təşkil olunan "Baku Ultra Endurance" yarışının bundan sonra hər il keçirilməsi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 İyun 2026 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri