Icma.az
close
up
RU
Azərbaycanda insanların 10 15 faizinin böyrək daşı var Yayda daha çox yaranır

Azərbaycanda insanların 10 15 faizinin böyrək daşı var Yayda daha çox yaranır

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay aylarında böyrək daşlarının yaranması və ya əvvəlcədən mövcud olan kiçik daşların böyüyərək əlamət verməsi daha tez-tez müşahidə olunur. Mütəxəssislər bunun əsas səbəblərini və qarşısını almaq yollarını açıqlayıblar.

Lent.az mütəxəssislərə istinadən xəbər verir ki, bunun səbəbi həm orqanizmdə baş verən fizioloji dəyişikliklər, həm də mövsümi həyat tərzidir. Əsas səbəblərdən biri sidikdə kalsiumun miqdarının artmasıdır. Kalsium oksalat adlanan maddələrlə birləşərək əvvəlcə kiçik kristallar, daha sonra isə böyrək daşları əmələ gətirə bilər.

Fiziki aktivlik bu riski azaldır. Hərəkət zamanı kalsium əzələlər tərəfindən daha çox istifadə olunduğu üçün sidikdə onun miqdarı azalır. Qış aylarında insanlar daha az hərəkət edir. Bu isə sümüklərdən daha çox kalsiumun ayrılmasına və sidik vasitəsilə xaric olmasına səbəb ola bilər. Bundan əlavə, yağlı və duzlu qidaların çox qəbul edilməsi də daş əmələ gəlməsi riskini artırır. Nəticədə qış aylarında yaranan kiçik daşlar yayda isti hava səbəbindən orqanizmin daha çox maye itirməsi ilə böyüməyə başlayır və sidik yollarına hərəkət edərək ağrı yarada bilir.

Hansı əlamətlər təhlükə siqnalıdır?

Kiçik böyrək daşları böyrəyin daxilində olduğu müddətdə heç bir əlamət verməyə bilər. Lakin sidiyi böyrəkdən sidik kisəsinə aparan sidik axarına düşdükdə ciddi narahatlıq yaradır.

Böyrək daşlarının əsas əlamətləri bunlardır:

Sidikdə qan görünməsi;

Sidik ifrazı zamanı ağrı və ya çətinlik;

Tez-tez və qəfil sidiyə getmək istəyi;

Bel nahiyəsində, böyrəkdə və ya qarında kəskin ağrı.

Kimlər risk qrupuna daxildir?

Böyrək daşı hər kəsdə yarana bilər. Lakin aşağıdakı şəxslərdə risk daha yüksəkdir:

Əvvəllər böyrək daşı keçirmiş insanlar;

Şəkərli diabet, podaqra, Kron xəstəliyi və ya xroniki sidik yolları infeksiyası olanlar;

Arıqlamaq məqsədilə bariatrik əməliyyat keçirənlər;

Müntəzəm sidikqovucu dərmanlar, antasidlər və bəzi qıcolma əleyhinə preparatlar qəbul edənlər;

Daş əmələ gəlməsini artıran qidaları tez-tez istehlak edənlər;

Gün ərzində kifayət qədər su içməyənlər.

Yayda böyrək daşlarının qarşısını necə almaq olar?

Mütəxəssislər böyrəkləri qorumaq üçün bir neçə sadə tövsiyəyə əməl etməyi məsləhət görürlər. Qidalanmada meyvə və tərəvəzlərin payını artırın. Bu məhsullar sidiyin turşuluğunu azaldaraq daş əmələ gəlməsi üçün əlverişsiz mühit yaradır. Qırmızı ət və digər heyvan mənşəli zülalların qəbulunu məhdudlaşdırın. Onların həddindən artıq istehlakı sidiyin kimyəvi tərkibini dəyişərək kristalların yaranmasını sürətləndirə bilər.

Duz qəbulunu azaldın. Natriumun çoxluğu sidikdə kalsiumun miqdarını artırır və bu da böyrək daşı riskini yüksəldir. Ən vacibi isə kifayət qədər su için. Su sidiyi duruldur və daşların əmələ gəlməsinə səbəb olan maddələrin toplanmasının qarşısını alır. İsti havalarda orqanizm daha çox maye itirdiyi üçün gün ərzində müntəzəm su qəbul etmək xüsusilə vacibdir.

Azərbaycanda böyrək daşından əziyyət çəkən nə qədər insan var?

Azərbaycanda böyrək daşı xəstəliyi ən çox rast gəlinən uroloji problemlərdən biri hesab olunur. Dəqiq statistika hər il açıqlanmasa da, mütəxəssislərin fikrincə və beynəlxalq araşdırmalara əsasən, insanların təxminən 10-15 faizi həyatının müəyyən dövründə böyrək daşı ilə qarşılaşır. Bu göstəricinin Azərbaycanda da oxşar olduğu bildirilir. Son illərdə xəstəliyin daha gənc yaşlarda müşahidə olunması diqqət çəkir. Bunun başlıca səbəbləri arasında az su qəbulu, düzgün qidalanmama, artıq çəki, hərəkətsiz həyat tərzi və iqlim şəraiti xüsusi yer tutur. Azərbaycanın coğrafi mövqeyi də böyrək daşı riskinə təsir edən amillərdəndir. Xüsusilə ölkənin cənub bölgələrində yay aylarında havaların uzun müddət isti keçməsi orqanizmdən daha çox maye itirilməsinə səbəb olur. İnsan kifayət qədər su qəbul etmədikdə sidik qatılaşır, tərkibindəki duzlar və minerallar kristallaşaraq zamanla daş əmələ gətirə bilir. Bu səbəbdən isti iqlimdə yaşayan insanların böyrək daşı ilə üzləşmə ehtimalı nisbətən yüksək hesab olunur. Mütəxəssislər bildirirlər ki, isti hava təkbaşına xəstəliyin yaranmasına səbəb olmur. Əsas təhlükə yüksək temperatur fonunda orqanizmin susuz qalmasıdır. Gün ərzində kifayət qədər maye qəbul edilmədikdə böyrəklərin yükü artır və daş yaranması üçün əlverişli şərait formalaşır. Xüsusilə açıq havada çalışanlar, ağır fiziki iş görənlər və idmanla məşğul olan şəxslər bu baxımdan daha diqqətli olmalıdırlar.

Profilaktika məqsədilə gün ərzində kifayət qədər su içilməsi, həddindən artıq duzlu və emal olunmuş qidaların məhdudlaşdırılması, sağlam qidalanma vərdişlərinin formalaşdırılması və müntəzəm tibbi müayinədən keçilməsi tövsiyə olunur. Böyrək daşı vaxtında aşkarlanaraq düzgün müalicə edildikdə ağırlaşmaların qarşısını almaq mümkündür. Buna görə də bel nahiyəsində güclü ağrı, sidikdə qan və ya sidiyə çıxarkən narahatlıq kimi əlamətlər müşahidə olunduqda gecikmədən uroloqa müraciət etmək vacibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 İyul 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri