Icma.az
close
up
RU
Azərbaycanda 500dən çox xəstə böyrək GÖZLƏYİR

Azərbaycanda 500dən çox xəstə böyrək GÖZLƏYİR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son günlər cəmiyyətdə orqan transplantasiyası ilə bağlı müzakirələr aparılır. Sosial şəbəkələrdə və mətbuatda müxtəlif orqanların köçürülməsini gözləyən vətəndaşlarla bağlı xəbərlər yayılır.

Qeyd edək ki, Azərbaycanda orqan transplantasiyası ötən əsrin 70-ci illərindən başlayıb. Həmin illərdə Azərbaycanda ilk dəfə böyrək köçürülməsi həyata keçirilib.

Müstəqillik illərində isə ilk orqan transplantasiyası 2000-ci illərin əvvələrində baş tutub. 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə bir insanın orqanı başqasına köçürülüb. Qaraciyərin köçürülməsinə isə Mərkəzi Neftçilər Xəstəxanasında 2008-ci ildə başlanılıb.

Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilib və yeni texnika ilə təchiz olunub. 2014-cü ildən isə ölkəmizdə sümük iliyi transplantasiyası olunur.

Modern.az orqan köçürülməsi gözləyən vətəndaşların sayı barədə məlumat əldə etmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən sorğuya cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda 500-dən çox xəstə böyrək köçürülməsi üzrə gözləmədədir.

"Hazırda 4000 Azərbaycan vətəndaşı dializdədir və onların donorları olmadığı üçün gözləmə siyahısında yer almayıblar. Qaraciyər üzrə orqan gözləyənlərin sayı 300-dən yuxarı, sümük iliyi üzrə isə 500-dən çoxdur", - qurumdan verilən açıqlamada qeyd olunur.

Mərkəzdən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, respublikamızda transplantasiya əməliyyatlarının aparılması üçün 15 tibb müəssisəsinə icazə verilib. Bu müəssisələr müxtəlif tibbi sahələr üzrə ixtisaslaşmış və ümumi profilli klinikaları əhatə edir.

Rəsmi açıqlamada orqan transplantasiyası üçün tələb olunan əsas şərtlər də qeyd olunub:

1. Tibbi göstərişlər və uyğunluq: Orqan köçürülməsinə ehtiyac olan şəxsin ciddi tibbi diaqnozu olmalıdır. Resipient (orqanı qəbul edən şəxs) və donor arasında qan qrupu və toxuma uyğunluğu vacibdir.

2. Donorun razılığı: Canlı donor olarsa, onun sağlamlığı diqqətlə yoxlanılır və könüllü razılığı alınır. Meyit donorluğu olarsa, donorun və ya onun ailəsinin razılığı tələb olunur.

3. Tibbi testlər və analizlər: Həm donor, həm də resipient tam tibbi müayinədən keçirilməlidir. İnfeksion xəstəliklərin mövcudluğu yoxlanılır və immunoloji uyğunluq müəyyən edilir.

4. Hüquqi tənzimləmələr: Transplantasiya prosesi müvafiq qanunlara və qaydalara uyğun həyata keçirilməlidir. Azərbaycanda orqan donorluğu və transplantasiyası barədə qanuni əsaslarla müəyyən edilmiş qaydalar var. Donor seçimi prosesində əsas məqsəd — həm donorun, həm də resipientin təhlükəsizliyini və sağlamlığını təmin etməkdir.

Fidan Eldarova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri