Icma.az
close
up
RU
Azərbaycanda intellekt, bilik elm amillərinin yüksəlişinin əsasıdır

Azərbaycanda intellekt, bilik elm amillərinin yüksəlişinin əsasıdır

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Müstəqil Azərbaycan Ermənistanın ərazi iddiasına görə elan edilmədən başlayan müharibəyə cəlb olunsa da onun iqisadi inkişafı müharibə dövründə ləngimədi, dünyanın inkişafda olan dövlətlərindən biri oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan güclü dövlət kimi tanındı. İqtisadi inkişaf mahiyyəti baxımından elmin, texnikanın yüksək inkişafı ilə şərtlənir. Azərbaycanda elm də, texnika da ən yeni texnologiyalar əsasında yenilənib, təkmilləşib, bu proses indi uğurla davam etməkdədir.
Azərbaycanda son illərdə informasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində bir sıra islahatlar həyata keçirilib ki, bunlar da ölkədə rəqəmsal gələcək üçün etibarlı elmi-texniki baza yarada bilib. Bu baxımdan dövlət proqramlarının stimullaşdırılmasının təmin edilməsi üçün rəqəmsallaşma, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradıldı. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı da diqqəti çəkir. “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” bu Sərəncamla təsdiq edilib və bu istiqamətdə inkişafın strateji istiqamətlərini dörd əsas sahə üzrə müəyyənləşdirir.
İclasda "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrasının vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları, təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər kimi məsələlər müzakirə edildi. Şuranın sədri Mehriban xanım Əliyeva "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrasının Şuranın əsas fəaliyyət istiqaməti olduğunu, Şuranın prioritetlərinin dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafının, investisiyaların və startapların dəstəkləndiyini bildirərək qətiyyətlə qeyd etdi ki, qərarlar mahiyyəti baxımından Azərbaycanın maraqlarına uyğun qəbul edilməlidir.
Birinci vitse-prezident Mehriban Əliyeva dövlət qurumları üzrə Yol xəritələrinin hazırlanması, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin miqrasiyası, "mygov" platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması istiqamətlərində mühüm işlər görüldüyünü də qeyd etdi. İşlər uğurla davam etdirilir.
İclasda bildirildi ki, Rəqəmsal İnkişaf Şurasının prioritetlərinə uyğun olaraq rəqəmsal inkişaf sahəsində genişmiqyaslı qanunvericilik islahatları hazırlanıb, islahatlar innovasiya və rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyən hüquqi mühitin təkmilləşdirilməsini əhatə edir və qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanır. Eyni zamanda, təhsil sisteminin rəqəmsallaşdırılması, "Rəqəmsal məktəb" layihəsinin icrası, elektron təhsil xidmətlərinin genişləndirilməsi və tədris prosesinin rəqəmsal transformasiyası üzrə mühüm işlər görülür.
Bu tarixi iclasda bildirildi ki, elektronikanın və texnikanın sürətli inkişafı, sosial həyata inteqrasiyası, uğurlu tətbiqi nəticəsində cəmiyyətdə vətəndaş–məmur təmasını minimuma endirmək, proseslərin şəffaflığını və vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə “mygov” və “mygov biznes” platformaları üzərində işlər davam etdirilir, ilin sonuna kimi "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" tətbiqlərinin bir çox xidmətlərinin tam şəkildə "mygov" üzərindən təqdim edilməsi planlaşdırılır.
Bu iclasın tarixiliyi onun cəmiyyətin maraqlarını ifadə etməsi ilə bağlıdır. Belə ki, bu iclasda bildirilib ki, artıq yaşa görə əmək pensiyası təyin edilərkən vətəndaşın fərdi şəkildə və şəxsən müraciət etməsinə ehtiyac qalmır. Qanunla müəyyənləşdirilmiş şərtlər ödənildikdə dövlət informasiya sistemlərində mövcud məlumatlar əsasında pensiya proaktiv qaydada təyin edilir ki, bu da vətəndaşa dövlət qayğısının daha bir təzahürüdür.
Fəaliyyət Planının əsas strateji prioritetlərindən birinin müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət idarəçiliyinə və cəmiyyət həyatına inteqrasiyası olduğu, bu istiqamətdə yüksək səviyyəli hesablama infrastrukturunun qurulduğu və s. da bildirildi.
Təhsil sahəsində böyük dəyişikliklər yaradılıb ki, bunlar da təkmilləşmənin, elmin, texnikanın, elektronikanın tədris prosesinə hərtərəfli və uğurlu inteqrasiyasının təzahürüdür. Qürurla qeyd olunmalıdır ki, Azərbaycanda təhsil sistemi dünyəvi inkişafın səviyyəsi ilə səsləşir, bütün təhsil müəssisələri vahid təhlükəsiz internet şəbəkəsi ilə təmin edilib. Müasir təhsil sisteminin, eləcə də intellekt inkişafının başlıca şərti kompüterləşmədir. Son beş il ərzində məktəblərə 235 mindən çox kompüter verilib. Bir müqayisə ilə bu istiqamətdə nailiyyətin səviyyəsini müəyyənləşdirmək olar: əvvəllər hər 32 şagirdə bir kompüter düşürdüsə, indi bu rəqəm 6-dır.
İclasda qeyd olundu ki, Azərbaycanda attestatlar, diplomlar, sertifikatlar elektron formatda verilir. Bu, hələ başlanğıcdır. Həm də insan amili baxımından gərəklidir. Belə ki, indi sənəd əldə etmə xeyli asanlaşıb, kağız dövriyyəsi azalır, saxtalaşdırılma riskləri minimuma endirilir...
Rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən tədbirlər ayrılıqda da, sistem şəklində də Azərbaycanda intellekt, bilik, elm amillərinin yüksəlişinin əsasıdır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 İyul 2026 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri