Icma.az
close
up
RU
Normal çəki sağlamlığın əsasıdır

Normal çəki sağlamlığın əsasıdır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Çox yemək isə insanı az yeməkdən də qoyar

Bu günlərdə artıq çəki ilə bağlı ölkəmizdə keçirilən beynəlxalq konfrans bir daha bu mövzuya qayıtmağımızı zəruri etdi. İndi əhalinin böyük əksəriyyəti artıq çəkidən xilas olmaq yolu axtarır, yersiz arıqlama marafonuna qoşulur. Sosial şəbəkələrdə xüsusi arıqlama pəhrizi ilə məsləhət verənlər də var, müxtəlif dərmanlarla çəki azaltma reseptləri təklif edənlər də.

İnsan sağlam qidalanmaq, düzgün həyat tərzinə əməl etməkdənsə, niyə hər gördüyündən və qədərindən artıq yeyir, fəal həyat tərzi keçirmir, hərəkətsiz olur? Piylənəndən sonra yaranan sağlıq problemlərini həll etmək üçün isə artıq çəkidən xilas olmaq kimi bir müşküllə üz-üzə qalıb dərmanlar axtarır. 

Bu suallara cavab almaq üçün səhiyyə eksperti, tibb elmləri doktoru, professor Musa Qəniyevə müraciət etdik.

Professor bildirdi ki, arıqlamaq məqsədilə nəzarətsiz dərman qəbulunun ağır fəsad törətməsi və ölümə səbəb ola bilməsi məlum həqiqətdir. Odur ki, bu məqsədlə istifadə olunan dərmanların orqanizmə təsirinin bir çox qaranlıq məqamlarının işıqlandırılması zəruridir: 

– Əsasında 90 faiz baş beyində özünənəzarət və tənqid mexaniziminin supressiyası duran kökəlmə – piylənmə, toxluq və aclıq mərkəzi arasında əlaqə və tənzim mexanizminin pozulması nəticəsində baş verir. Bu halın mərkəzi mexanizmlərin disfunksiyası ilə bağlılığını, artıq çəkidən əziyyət çəkən şəxsə yemək yeyərkən “çox yemə, sənə olmaz” – dedikdə, daha çox yeməsi, aqressivləşməsi və sair dəyişik halını, adi, vizual müşahidə də bir daha təsdiq edir. Odur ki, irsi və ya hormonal faktorla bağlı təxminən 5 faiz insanda meydana çıxan piylənmə və ya çəki artıqlığı istisna edilməklə, effektiv müalicə, yalnız mərkəzi tənzim mexanizmlərin disbalansının farmakoloji korreksiyası istiqamətində aparılan terapiyadır. Başqa sözlə, hazırda tövsiyə, təbliğ və istifadə olunan, sayı gündən-günə həndəsi silsilə ilə artan preparatlar və qida əlavələri piylənmə və ya artıq çəkinin qarşısının alınmasında əsas müalicə vasitəsi deyildir. 

Diqqət edin: arıqlamaq üçün tövsiyə olunan preparatlar, ya anoreksigen (iştahı azaltmaq), ya piyi əritmək və ya sorulmasının qarşısını almaq, ya işlədici, ya da sidikqovucu təsir göstərməklə, bu prosesi təmin edir. Bu qruplardan olan hər bir potensial aktiv preparat təkrari və nəzarətsiz qəbulda cox ciddi fəsadlara yol aça, hətta insan ölümünə səbəb ola bilər. Belə dərmanların əsas tərkib komponenti subutramindır. Baş beyində aclığa həssas strukturları süstləşdirməklə, iştahı azaldır və tədricən mədə həcminin kiçilməsinə səbəb olur. Lakin preparat ürək fəaliyyə-tinə təsir edə, hətta psixoza səbəb ola bilir. Müalicə kursu fəsadsız başa çatsa belə, sonrakı dövrdə iştaha nəzarət hissi aradan qalxır. Bu isə, orqanizmin daha güclü çəki almasına səbəb olur. 

İkinci qrup piyi əridən preparatlar yağların parçalanmasını sürətləndirir. Adi halda orqanizm artıq piyi təbii yolla kənarlaşdıraraq yağın balans nisbətini özü tənzim edir. Piyi əridən preparatlar isə orqanizmə daxil olan bütün lipidləri parçalayır. Bu hal qeyri-orqanik lipolizin sürətlənməsinin nəticəsi olduğundan periferik qanda qliserin və sərbəst yağ turşularının kəskin artımına səbəb olur. Bu da insulunə rezistentlik, ürəyin kəskin işemik xəstəliyi, pankreatit, hətta peroksisomal pozğunluqlar kimi çox qorxulu irsi patologiyaya səbəb ola bilər. 

Yağların mənimsənilməsinin qarşısını alan 3-cü qrup preparatlar digər zəruri qida maddələrinin sorulmasının da qarşısını alır. Uzunmüddətli qəbulda bu hal orqanizmin tükənməsinə səbəb olur, adətən, dərman müdaxiləsinə belə dözümlülük göstərir. 

Alim daha sonra qeyd etdi ki, digər qrupa aid edilən sidikqovucu dərman maddələri piy toxumasına birbaşa təsir göstərmir. Yalnız lipid hüceyrələri və toxumalardan suyu kənarlaşdırmaqla çəkini azaldır:

– Bu zaman su ilə birlikdə orqanizmdən minerallar da xaric olur ki, bu da ağır nəticələrə səbəb ola bilər. Müalicə kursu uğurla başa çatsa belə, pozulmuş su balansı sürətlə bərpa olunur və xəstə müalicədən öncəki çəkisinə qayıdır. Arıqlamaq məqsədilə istifadə olunan işlədicilər üzərində xüsusi olaraq dayanmaq istəmirəm. Çünki diareyanın (ishalın) törətdiyi su itkisinin həyat üçün son dərəcədə təhlükəli olması hamıya məlumdur. 

Bundan başqa, sellyuloza və nişasta tərkibli dərmanların daha təhlükəsiz preparat kimi dəyərləndirilməsi də sırf marketinq maraqlara xidmət edir. Çünki onların qəbulu və istifadəsinə qeyri-elmi yanaşma orqanizmdə vitamin və mineral çatışmazlığı kimi çox ciddi pozğunluğa səbəb ola bilir.

Professor çəkini azaltmaq üçün istifadə olunan aktiv qida əlavələrindən də danışdı. Bildirdi ki, qida əlavələri dərman preparatı deyildir, onların klinik tədqiqatları aparılmayıb. Orqanizmə müsbət və ya mənfi təsiri haqqında elmi məlumat yoxdur. Odur ki, müvafiq məqsədlə onların sərbəst və ya dər-man preparatları ilə birlikdə istifadəsinə yol verilməməlidir: 

– İnsanlar tövsiyələrə diqqət etsəydilər, sağlıq problemləri bu qədər çox olmazdı. Amma bir mütəxəssis olaraq onu deyə bilərəm ki, hazırda dünya əhalisinin 20 faizindən çoxu piylənmə, 43 faizə qədəri isə, çəki artıqlığı kimi ciddi xəstəlik və qəfləti ölümlərdə risk faktoru sayılan vəziyyətdən əziyyət çəkir. Sağlam həyat tərzi, düzgün qidalanmaq insanın sağlam yaşamasının 1-ci şərtidir. Buna əməl etməyəndə piylənmənin və çəki artımının olması qaçılmazdır. Bundan sonra məcburən çox vaxt dərmanlarla müdaxiləyə zərurət yaranır. Belə halda piylənmə və ya çəki artıqlığının səbəbi əsas götürülməklə mütləq şəkildə yüksək ixtisaslı mütəxəssis həkimin tövsiyəsi, nəzarəti və təyinatı əsasında dərman müalicəsi aparılmalıdır. 

Loğmanların dediyi kimi, insan, hər şeydən öncə, sağlamlığının qeydinə qalmalıdır. Hər kəs sağlam həyat tərzinə keçməli, hər gün müəyyən məsafəyə yürüş etməli və qidasına diqqət etməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 May 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see449

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see413

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see360

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see222

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see219

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see216

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see206

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see203

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see202

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see190

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see183

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see177

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see171

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see163

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see163

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see163

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see162

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see162

Ukraynada qadınların hərbi qeydiyyatı və səfərbərliyi an məsələsidir

09 Oktyabr 2026 03:05see161

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri