Icma.az
close
up
RU
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: Yeni tariflər...

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: Yeni tariflər...

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə internet artıq lüks deyil, zərurətə çevrilib. Lakin ölkəmizdə bu zərurətin qiyməti bir çoxlarını narazı salır. Günümüzdə təkcə sadə vətəndaşlar deyil, hətta məşhurlar da internet tariflərinin baha olmasından şikayətlənir, xaricdə daha əlverişli şərtlərin mövcud olduğunu vurğulayırlar.
Bəs internet qiymətlərinin yüksək olması nə ilə əlaqədardır? Bu mövzuda mütəxəssislər nə deyir?
Hurriyyet.Az xəbər verir ki, Yenisabah.az məsələni informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasovla müzakirə edib. İT mütəxəssisi iddialara belə aydınlıq gətirib:
“2024-cü ilin sonunda Azərbaycanda ölkə üzrə internet infrastrukturu tam təkmilləşdirilmiş və yüksək sürətli internet istifadəyə verilmişdir. Bu layihə beynəlxalq təşkilatlar və Dünya Bankının maliyyə dəstəyi olmadan, yerli dövlət və özəl provayderlərin hesabına həyata keçirilmişdir.
İnternet tariflərinə gəldikdə, alt limit paketlər yenidən tərtib olunmuş və daha optimal şərtlərlə təqdim edilmişdir. Sürətli internet anlayışı 25 meqabitdən yüksək sürətlər üçün keçərlidir, çünki müasir texnologiyalar və rəqəmsal xidmətlər bu sürətləri tələb edir. 25 meqabitdən aşağı internet bağlantısı zamanı resursların açılmasında ləngimələr baş verir. Məsələn, "YouTube" platformasına daxil olmaq üçün minimum 1 meqabit sürət tələb olunur və eyni anda bir neçə istifadəçi bu platformadan istifadə etdikdə internetin keyfiyyətində azalmalar müşahidə edilirdi. İnfrastrukturun yenilənməsi nəticəsində isə bu cür problemlər əhəmiyyətli dərəcədə azalmışdır. Həmçinin, beynəlxalq statistikada Azərbaycanın internet keyfiyyətinə görə daha yüksək pillələrə qalxması üçün mühüm addımlar atılmışdır”.
Ekspert onu da vurğulayıb ki, qonşu ölkələrlə müqayisədə internet qiymətlərində çox cüzi fərq mövcuddur:
“Xarici ölkələrlə müqayisə apardıqda görürük ki, bir çox ölkədə 100 meqabit və daha yüksək internet xidmətləri standart hal almışdır. 25 meqabit sürəti artıq sürətli internet hesab edilmir. Bəzi ölkələrdə isə alt limit tarifləri 50 meqabitdən başlayır. Qonşu ölkələrlə müqayisədə Azərbaycanın internet tarifləri 1-2 manat fərqlə demək olar ki, eyni səviyyədədir.
Bundan əlavə, ölkənin bütün ucqar rayonlarında sürətli internet infrastrukturu bərpa olunmuşdur. Bu bölgələrdə də yüksək sürətli internetin əlçatan olması üçün daha sərfəli tariflər tətbiq edilmişdir. Bu addımlar həm vətəndaşların internetdən istifadəsini asanlaşdırmış, həm də ölkənin rəqəmsal inkişafına töhfə vermişdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Fevral 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri