Icma.az
close
up
RU
Azərbaycanda “Apple” istifadəçilərinə ŞAD XƏBƏR

Azərbaycanda “Apple” istifadəçilərinə ŞAD XƏBƏR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Apple Distribution International Limited” şirkəti Azərbaycanda ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. Şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı bu il dekabrın 1-dən qüvvəyə minir.

Dövlət Vergi Xidmətindən Modern.az-a verilən məlumata görə, Vergi Məcəlləsinin müddəalarına əsasən, bu tarixdən başlayaraq xidmətlərin alınması üçün “Apple Distribution International Limited” şirkətinə ödənişi aparan banklar tərəfindən alıcının (vətəndaşların) vəsaiti hesabına ƏDV məbləği hesablanmayacaq.

“Apple Distribution International Limited” şirkətinin ƏDV qeydiyyatına alınması Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində müvafiq proqram təminatının (//ecommerce.e-taxes.gov.az/) quraşdırılması nəticəsində mümkün olub. Portal Vergi Məcəlləsinin müddəalarına əsasən və Nazirlər Kabinetinin 30.10.2023-cü il tarixli 387 nömrəli qərarı ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın icrası məqsədilə yaradılıb.

Portal qeyri-rezidentlərin vergi uçotunu, ƏDV bəyannaməsinin təqdim edilməsini, ödənişlərin ödənilməsinin monitorinqini əhatə etməklə sadə interfeysə malikdir. Beynəlxalq tendensiyalar nəzərə alınmaqla hazırlanmış portalın əsas məqsədi elektron ticarət xidməti göstərən transmilli şirkətlərə daha asan və məsafədən uçot imkanın yaradılması, fəaliyyət göstərdikləri və iqtisadi dəyər yaratdıqları ölkədə ƏDV üzrə yaranan vergi öhdəliklərinin bəyan edilməsi və ödənilməsindən ibarətdir.

“Apple Distribution International Limited” portalda qeydiyyatdan keçmiş iri ticarət markalarından biri olmaqla “Apple” kompaniyasının İrlandiyada yerləşən törəmə şirkətidir. Əsas funksiyası beynəlxalq səviyyədə məhsul və xidmətlərin paylanmasıdır. Bu şirkət əsasən “Apple” ekosisteminə aid xidmətlərin (App Store, iCloud, Apple Music, Apple TV+ və s.) Avropa, Yaxın Şərq, Afrika və digər regionlara paylanması və satışı ilə məşğuldur.

Hazırda digər qeyri-rezidentlər tərəfindən portalda ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınmaq üçün müraciətlər də daxil olmaqdadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see584

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see516

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see365

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see358

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see349

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see323

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see316

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see302

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see290

Azərbaycana turist axını zəifləyir: İqtisadçı acı reallığı açıqladı

23 İyul 2026 18:49see249

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see248

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

23 İyul 2026 17:27see245

Azərbaycan bitkiçilik məhsullarının ixracını genişləndirir

23 İyul 2026 18:08see245

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see244

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see241

Azərbaycanın smartfon aldığı ölkələr Lider KİMDİR?

23 İyul 2026 19:12see235

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see232

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see220

Azərbaycanda “Panorama by ELIE SAAB” brendi ilə ilk yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib

23 İyul 2026 16:49see201

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri