Azərbaycanda ipoteka kreditlərinin verilişi azalıb
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ilin yanvar – noyabr aylarında banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 393.3 milyon manat ipoteka krediti verilib.
Teleqraf xəbər verir ki, bu ötən ilin göstəricisinə nisbətən 2.8 milyon və ya 0.7% azdır.
Hesabat dövründə İpoteka və Kredit Zəmanəti Fondu tәrәfindәn yenidәn maliyyәlәşdirilmiş ipoteka kreditlәrinin həcmi 399.4 milyon manat olub. Ötən illə müqayisədə bu sahədə 19.5 milyon manat və ya 4.7% azalma olub.
Yanvar-noyabr aylarında Fondun yerlәşdirilmiş istiqrazlarının hәcmi 550 milyon manat təşkil edib. Bu ötən ilin göstəricisi ilə eyni olub.
Cari il ərində dövlət büdcəsindən Fonda 85.2 milyon manat ayrılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamətdə 2.9% azalma qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 25 Dekabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















