Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydası dəyişib
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Prezident İlham Əliyev 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edib.
Ölkə.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə adi ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 %-dən çox olmamalıdır. Digər ərazilərdə bu göstərici 85 %-dir.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 %-dən çox olmamalıdır. Digər ərazilərdə bu göstərici 70 %-dir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 16 İyul 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















