Icma.az
close
up
RU
Azərbaycanda iqtisadi yüksəliş davamlı və sürətlidir

Azərbaycanda iqtisadi yüksəliş davamlı və sürətlidir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

10 ildə ÜDM 72 milyard manat artaraq 126,3 milyard manata çatıb

Ölkədə həyata keçirilən uğurlu islahatlar nəticəsində ötən il iqtisadiyyatın neftdən asılılığı minimuma endirilib və sahibkarlığın inkişafını şərtləndirən rəqabətqabiliyyətli milli iqtisadiyyatda yeni mərhələnin əsası qoyulub. Biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsi, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi kimi məsələlər də diqqətdə saxlanılıb. Bütün bunların nəticəsində hesabat dövründə iqtisadi sektorda yüksək göstəricilər əldə olunub.

Dövlət Statistika Komitəsindən aldığımız məlumata əsasən, ötən il ölkədə 126,3 milyard manatlıq ümumi daxili məhsul (əvvəlki illə müqayisədə 4,1faiz və ya 3,3 milyard manat çox) istehsal edilib. Belə ki, 2023-cü ildə respublikada ÜDM istehsalı 123 milyard manat dəyərində qeydə alınıb. Bununla yanaşı, ötən il əhalinin hər nəfərinə düşən ÜDM 12,4 min manata bərabər (illik müqayisədə 0,3 min manat, yaxud da 2,2 faiz çox) olub. 2023-cü ildə əhalinin hər nəfərinə düşən ÜDM istehsalı isə 12,1 min manata yüksəlib.

Son 10 ildə isə ölkədə ÜDM istehsalı 72 milyard manat və ya 2,3 dəfə artıb. Belə ki, 2015-ci ildə Azərbaycanda ÜDM istehsalının həcmi 54,3 milyard manat təşkil edib. ÜDM-in 35,9 faizi sənaye, 10,7 faizi ticarət, 7 faizi nəqliyyat, 6,7 faizi tikinti, 5,7 faizi kənd təsərrüfatı, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb.

Azərbaycanın qeyri-neft-qaz sektorunun dinamik inkişafını ifadə edən rəqəmlərin əldə olunması iqtisadiyyatın bütün sahələrində ötən illərdəki artım dinamikasının qorunub saxlanılmasının məntiqi nəticəsidir. Başqa sözlə, belə bir uğur makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi ilə şərtlənir.

Hesabat dövründə ÜDM istehsalının böyük bir hissəsinin sənayenin payına düşməsi isə ölkəmizdə uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olub. Sənaye parklarının mövcud sahədəki fəaliyyəti, həmin zonalarda yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, bu işə investorların cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkəzində saxlanılıb və bu, müsbət göstəricilərlə müşahidə edilib.

Məhz bunun nəticəsidir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyindəki sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manat investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10 min 700-dən çox daimi iş yeri yaradılıb.

Hesabat ilində ölkənin maliyyə vəziyyəti də böyük dərəcədə yaxşılaşıb. Buna isə, ilk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin olunması kimi amillər sayəsində nail olunub.

Qeyd edək ki, yuxarıda diqqətə çatdırılan uğurlu göstəricilərin əldə olunması, ilk növbədə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində genişmiqyaslı islahatların gerçəkləşdirilməsi fonunda aydın nəzərə çarpır. Ölkə rəhbəri ayrı-ayrı çıxışlarında məhz bu cəhəti qabardaraq qeyd edib ki, Azərbaycanın iqtisadi yüksəlişi bir çox ölkələrin iqtisadi inkişaf templərini üstələyir. Bu məsələdə xüsusi əhəmiyyət daşıyan məqam isə respublikada qeyri-neft sektorunun 7 faiz artmasıdır. Bu isə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların və düşünülən islahatların öz bəhrəsini verdiyini göstərir.

Ölkədə davamlı iqtisadi uğurların qazanılmasının ən mühüm şərtlərindən biri də beynəlxaq təcrübədə özünü doğruldan prinsiplərin müəyyən plan və proqramlar əsasında gerçəkləşdirilməsi ilə bağlıdır. Bu fikrin təsdiqi olaraq deyə bilərik ki, ölkəmizin 2030-cu ilədək milli prioritetlərinə və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft ixracında daha yüksək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirmək qarşıya mühüm vəzifə kimi qoyulur.

Respublikada uğurlu iqtisadi göstəricilərin əldə edilməsində dövlətimizin başçısının rəhbərliyi ilə ardıcıl və sistemli surətdə həyata keçirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayır. Bu proqram ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturuna malik sənaye zonalarının inkişafını sürətləndirir. Belə vəziyyət ölkənin ixrac qabiliyyətinin güclənməsinə, idxalı əvəz edən məhsulların istehsalının artırılmasına da əhəmiyyətli təsir göstərir.

Şübhəsiz ki, bu məsələdə qabaqcıl texnologiyalardan və idarəetmə təcrübəsindən səmərəli yararlanmaq böyük əhəmiyyətə malikdir. Bundan başqa, ölkədə hökm sürən siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici dövlətlərdən biri kimi tanıdır.

Qeyri-neft sənayesində məhsul istehsalının artımına iqtisadiyyatın rəqəmsallaşması ilə bağlı layihələrin uğurla reallaşdırılması da müsbət təsir göstərir. Rəqəmsallaşma respublikamızın investisiya cəlbediciliyini şərtləndirən mühüm amillərdən biri olduğu üçün investorlar tərəfindən bu sahəyə aid infrastrukturun qurulması, eləcə də elektron ticarətin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda təhlükəsiz rəqəmsal ödəniş həllərinin genişləndirilməsi, etibarlı logistik şəbəkələrin təkmilləşdirilməsi kimi güclü rəqəmsal infrastruktur yaradılmasına böyük maraq göstərilir və bu sahədə müsbət göstəricilər əldə olunur.

Qeyd edək ki, keçən il rəqəmsal transformasiya, startap ekosisteminin genişləndirilməsi və texnologiya parklarının fəaliyyətində mühüm nəticələr əldə edilib. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində təqdim olunan yeni xidmətlər vətəndaşlar üçün daha əlçatan olub, “ASAN xidmət” və “e-Gov” platformaları üzərindən həyata keçirilən əməliyyatların sayı rekord səviyyəyə yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Fevral 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri