Cennifer Lopez Astanada istehlak aktivliyini artırıb Qazaxıstan Milli Bankı
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Dünya ulduzları Cennifer Lopez və “The Backstreet Boys”un Astana və Almatıda keçirilən konsertləri qida xidməti sektorunda tələbatın artmasına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu məlumat Qazaxıstan Milli Bankının noyabr ayı üçün açıqladığı “Pul siyasəti hesabatı”nda yer alıb.
Hesabatda bildirilir ki, Astana və Almatıda 2025-ci ilin üçüncü rübündə Jennifer Lopez və “Backstreet Boys” qrupu kimi dünya səviyyəli ifaçıların konsertləri yerli istehlak aktivliyinə müsbət təsir göstərib. Bu tədbirlər xüsusilə iaşə sektorunda nəzərəçarpacaq canlanma yaradıb.
Aparılan analiz göstərir ki, beynəlxalq konsertlər iaşə xidmətlərinin həcmini 5-11% artırıb. Ən güclü təsir Astananın payına düşüb – burada artım təxminən 8,4% təşkil edib. “Backstreet Boys”un Astana konserti həm iaşə, həm də pərakəndə ticarət göstəricilərinə daha böyük təsir göstərib.
Qeyd edək ki, Lopez avqustda Astana və Almatıda çıxış edib. Sentyabr ayında isə Amerikanın “Backstreet Boys” qrupu bu şəhərlərdə çıxış edib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Qazaxıstan Milli Bankı uçot dərəcəsini artırıb
29 Noyabr 2024 10:54
Cennifer Lopez Ermənistana gəlir
08 Aprel 2025 11:54
Cennifer Lopez məhkəməlik oldu
22 May 2025 12:35
Cennifer Lopez sevgili axtarışına çıxdı
23 Mart 2025 06:57
Cennifer Lopez yeni sevgi istəyir
23 Mart 2025 15:32
Baxış sayı:50
Bu xəbər 04 Dekabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















