Icma.az
close
up
RU
Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kənd təsərrüfatı məhsullarını Rusiya aparmaq adı ilə vətəndaşı aldadaraq pulunu ələ keçirməkdə ittiham olunan Elnur Haxtari, Kamal Həsənov və Ələkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Abbas Həsənov ifadə verib.

O bildirib ki, Elnur Haxtari ilə 2021-ci ilə kimi tanışlığı olub. Onun sözlərinə görə, Elnur Haxtariyə verdiyi puldan 34 min 500 manatını geri alsa da, qalan pulu qaytarılmayıb.

Zərərçəkmiş deyib ki, əvvəllər gömrük idarəsində işləyib, Kamal Həsənovu da oradan tanıyıb: "Mənə Rusiyanın müxtəlif ərazilərinə meyvə-tərəvəz aparılması ilə məşğul olmağı təklif etdi. Bundan əvvəl brilyant alveri ilə məşğul olmuşduq. Bununla bağlı heç bir narazılığımız olmamışdı. Meyvə-tərəvəz işinə görə Kamal Həsənova 183 min 200 manat vermişəm. Ona xırda pullar da vermişəm. İstintaq o pulları borc kimi nəzərə alıb. 3 min bir, 2500 dollarda bir vermişəm.

Demişəm ki, bunu borc verdiyim hissədən nəzərə alınsın. Amma ziyanla bağlı olan hissədən nəzərə alınması barədə qərar verilib. Bununla razı deyiləm. Borc kimi qeyd olunan pulların da dələduzluq kimi qedyə alınmasını istəyirəm. Mənə ümumilikdə 200 min dollardan çox ziyan dəyib".

Zərərçəkmiş şəxsin sözlərinə görə, digər təqsirləndirilən Ələkbər Quliyevi birgə işə qəbul etməyi Kamal Həsənov təklif edib: "Mən onun bu təklifinə əvvəl etiraz etdim. Amma Kamal dedi ki, Ələkbər işə qoşulsa, işimiz daha yaxşı olacaq. Sonra israr edəndə Ələkbərin Rasim adlı tanışını tapdım, onun vasitəsi ilə Ələkbərlə görüşdüm. Türkiyəyə tikinti məhsulları satmaq barədə razılaşdıq. Kamal dedi ki, bu iş də yaxşı olacaq. Mən ona 49 min dollar verdim. Sonra mənə cəmi 18 min 500 dollar qaytardılar".

Növbəti proses noyabrın 25-də davam edəcək.

Təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məsuliyyətə cəlb olunublar.

Cinayət işi üzrə üçnəfər zərərçəkmiş qismində tanınıb. Onların hər üçü iş adamı olub.

Təqsirləndirlilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri