Azərbaycanda iş adamına hökm oxundu
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində eyni mənzili başqa şəxslərə satmaqda təqsirləndirilən “Star-M”, “ŞANS” və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmova hökm oxunub.
Axar.az lent.az-a istinadla xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Məhərrəm Məhərrəmovun 3 il dövlət orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edildiyini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Məhərrəm Məhərrəmovun 3 il dövlət orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, istintaqla “Star-M”, “ŞANS” və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəmov Məhərrəm Həsənqulu oğlunun sözügedən kooperativlər tərəfindən Bakı şəhərində inşa olunmuş yüksək mərtəbəli yaşayış binalarında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahəsini saxta müqavilə və maliyyə arayışları tərtib edib satmaqla 5 şəxsə məxsus ümumilikdə 485 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, habelə başqa cinayət işi üzrə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin olması nəzərə alınıb.
İstintaq dövründə vurulmuş maddi ziyanın bir hissəsinin zərər çəkmiş şəxslərə ödənilməsi təmin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 08 Sentyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















