Tanınmış modeli döyən iş adamına hökm oxundu
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Axar.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası nəzərə alınıb, ona qəti olaraq 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Ona Cinayət Məcəlləsinin 182, 177, 186-ci maddələri üzrə bəraət verilib.
Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, Z. Hüseynzadə tərəfindən şəxsi yazışmalarının yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.
Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Z.Hüseynzadə 2023-cü il mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törədib.
O, Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.
Z.Hüseynzadə digər cinayət işi üzrə məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 27 Oktyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















