Icma.az
close
up
RU
Azərbaycanda iş adamının 4 milyonunu ələ keçirən 5 nəfərin məhkəməsi başladı

Azərbaycanda iş adamının 4 milyonunu ələ keçirən 5 nəfərin məhkəməsi başladı

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda iş adamının pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə təqsirləndirilən Seymur Məhərrəmovun vəkili Orxan Bünyatov vəsatət verərək müvəkkili barəsində olan qətimkan tədbirinin ev dusdaqlığı ilə əvəz edilməsini xahiş edib. Vəkil bildirib ki, cinayət işi üzrə müvəkkilinə 200 min manat çatıb. Lakin müvəkkili həmin pulu özünə götürməyib və Zaur Qurbanova verib.
Seymur Məhərrəmovun digər vəkili Şaiq Mirzəyev bildirib ki, müvəkkilinin II Qarabağ müharabəsində xidmətləri olub. Eyni zamanda, himayəsində iki azyaşlı övladı və xəstə valideynləri var. O da müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dusdalığı ilə əvəz edilməsini xahiş edib.
Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən qeyd edib ki, prosesin Bakı Hərbi Məhkəməsində keçirilməsinə səbəb Seymur Məhərrəmovdur. Hadisə 2023-cü ildə baş verib və ziyan ödəməyib. İttihamçı vəsatətin təmin edilməməsini xahiş edib.
Digər vəkillər də müvəkkiləri barəsində olan həbs qətimkan tədbirinin ev dusdalığı ilə əvəz edilməsini xahiş edib. Onlar eləcə də işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.
Zərərçəkən Quvat Beybutov vəsatəta münasibət bildirərkən qeyd edib ki, yanlız Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirin dəyişdirilməsinə etiraz etmir, digər şəxslərin vəsatətləri təmin edilməməsini xahiş edib.
Məhkəmə qərar qəbul etmək üçün müşavirə edib.
Müşavirədən qayıdan hakim heyəti qərara gəlib ki, Cavid Hüseynliyə nisbətdə verilmiş vəsatət təmin edilsin, barəsində olan həbs qətimkan tədbiri ev dusdaqlığına dəyişdirilsin, məhkəmə zalından sərbəst buraxılsın. Digər vəsatətlər təmin edilməsin və cinayət işi baxışa verilsin.
Məhkəmənin Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.
Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. Təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir.
Təqsirləndirilən Ceyhun Əşrəfov Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olub. O, istintaq dövründə 515 min manat zərər ödəyib və barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq,xüsusi ilə külli miqdarda törədildikdə)maddəsi ilə ittiham edilir. (Report.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Dekabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri