Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Sahibkarın 4 milyonunu ələ keçirən dəstəyə ittiham aktı elan olunub

Sahibkarın 4 milyonunu ələ keçirən dəstəyə ittiham aktı elan olunub

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda iş adamının külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

AzPost APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cavid Hüseynlinin vəkili məhkəməyə vəsatət verib. Vəkil məhkəmə prosesinin media üçün qapalı keçirilməsini xahiş edib. O, iclasın açıq keçirilməsinin zərərçəkənlə barışıq prosesinə mane olduğunu bildirib.

Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri vəsatətlə razılaşıb. Dövlət ittihamçısı qərarı məhkəmənin mülahizəsinə buraxıb. Məhkəmə isə vəsatəti əsassız sayıb.

Daha sonra ittiham aktı elan edilib. İttihama görə, təqsirləndirilən şəxslər zərərçəkmişdən tanışları vasitəsilə Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi, yerində çoxmərtəbəli binanın tikintisi üçün icazə alacaqlarına dair vəd veriblər. Bununla da, zərərçəkmişdən 4 milyon 19 min manat pul alıb, ona qarşı dələduzluq ediblər.

İttiham aktına münasibət bildirən təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli özlərini qismən, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanov isə ümumiyyətlə, təqsirli bilməyiblər. Hakim təqsirləndirilən şəxslərə bildirib ki, məhkəmə istintaqı zamanı cinayət işi sübuta yetirilərsə, onları 10 ildən 14 ilədək həbs cəzas gözləyir.

Təqsirləndirlən Seymur Məhərrəmov ifadə verməyə hazır olmadığını bildirib. Sonra təqsirləndirilən Cavid Hüseynli ifadə verib: “Biz qrup olmamışıq. İttihamda deyilir ki, əlbir olmuşuq, bu, belə deyil. Mənim əvvəl hüquq şirkətim olub. Quvat Beybutovla danışaraq sözügedən ərazidə tikinti işlərinin aparılması, oradakı həyət evlərinin sökülməsi və yerində bina tikilməsi ilə bağlı işlərin görülməsini üzərimə götürmüşdüm. Mənə dedilər ki, bu iş alınacaq, amma pul lazımdır. Mən işdən 510 min manat götürdüm. 213 min manatı Seymura verdim. Sonradan iş alınmayanda biz bu işin taleyi ilə bağlı görüşdük. Ceyhun Əşrəfovu orada gördüm. Ona kimi onunla əlaqəm olmayıb. Bu görüş bir neçə dəfə müxtəlif məkanlarda baş tutdu”.

Onun sözlərinə görə, Quvat Beybutov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. İş bir müddət sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilib: “İstintaq bizə ziyanın ödənilməsi üçün 2 ay vaxt verdi. Seymur pulu ödəyəcəyini desə də, ödəmədi və biz 17 oktyabrda Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edildik. Ümumilikdə mən 2 milyon 148 min manat, Seymur 1 milyon 152 min manat, Ceyhun 500 min manat, Rüstəm isə 220 min manat ziyan vurmaqda ittiham edilirik”.

Cavid Hüseynli bildirib ki, ziyandan ümumilikdə 927 min manatı ödəyib. Həmin pulun bir qismini (100 min bir dəfə, 177 min bir dəfə) istintaq dövründə, qalan 650 mini sonra ödəyib. Yerdə qalan 1 milyon 148 min manatı növbəti prosesədək ödəyəcək.

Həmçinin qeyd edib ki, onun Quvad Beybutova qarşı dələduzluq niyyəti olmayıb və zərərçəkən verdiyi pulu da girov qarşılığında verib: “Mənim babamdan qalan qırmızı 72 karatlıq yaqut daşım var idi. Pul qarşılığında Quvat məndən girov istədi. Mən onun təklifi ilə razılaşdım. Söhbətimizdən bir müddət sonra görüşdük, girov kimi daşı verdim. Daşın da sertifikatı var və bazar dəyəri 5 milyon dollardan çoxdur. Həmin girovu Quvat mənə qaytarıb. Şikayət ediləndən sonra həmin daşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vermişəm. Üç gün sonra o daş mənə qaytarılıb. Quvatdan 3 milyon 330 min manat pul götürmüşəm. Bunu əks etdirən çeklər də var. 1 milyon 152 min manatı Seymura vermişəm. Qalan pulu özümə götürüb şəxsi ehtiyaclarıma xərcləmişəm”.

Daha sonra Ceyhun Əşrəfovun vəkili Nail İbadov vəsatət verərək bildirib ki, müvəkkili zərəri ödədiyi üçün barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, lakin Ceyhunun səhhətində problemlər var: “O, müəyyən edilmiş vaxt ərzidə evdə olmalı olduğu üçün səhhətindəki problemi həll edə bilmir. Həmçinin federasiya prezidenti (Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının -red.) olduğu üçün idman tədbirinə qatılmalıdır”.

Vəkil müvəkkili barəsində ev dustaqlığının polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

Müşavirədən sonra hakim heyəti vəsatətin təmin edilməsi barədə qərarı elan edib. Təqsirləndirilən Ceyhun Əşrəfov barəsində olan ev dustaqlığı polis nəzarəti altına vetmə qətimkan tədbiri ilə əvəzlənib. Lakin onun ölkədən çıxışına qoyulan qadağa qüvvədə saxlanılıb.

Məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. İttihama görə, təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçiriblər.

Təqsirləndirilən Ceyhun Əşrəfov Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının (ASPF) prezidentidir. O, istintaq dövründə 515 min manat zərəri ödəyib və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Ötən prosesdə də təqsirləndirilən Cavid Hüseynli ziyanın bir qismini ödədiyi üçün məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustalığı ilə əvəz edilib.

Təqsirləndirilən şəxslərə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Dekabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see331

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see323

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see320

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see310

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see271

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see260

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see257

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see253

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see249

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see245

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see222

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see222

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see216

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see210

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see207

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see205

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see190

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see182

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see175

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri