Icma.az
close
up
RU
Azərbaycanda iş rejimi dəyişəcək?

Azərbaycanda iş rejimi dəyişəcək?

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 4 günlük iş həftəsinə keçidlə bağlı mövzu zaman-zaman gündəmə gəlir. Dünyanın müxtəlif ölkələrində bu model sınaqdan keçirilir. Bəs Azərbaycanda 4 günlük iş həftəsinə keçid mümkündür? Əgər belə bir addım atılarsa, bu, əməkhaqqına necə təsir göstərə bilər?

İqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, dünyada bu məsələ əsasən işçi qüvvəsi çatışmayan ölkələrdə aktualdır:

“Belə ölkələrdə doğum səviyyəsi aşağıdır, işçi qüvvəsinə tələbat böyükdür, işsizlik çox aşağıdır və sosial haqlar yüksəkdir. Bundan əlavə, həmin ölkələrdə özəl sektorda çalışanların sayı çoxdur, bu da prosesin daha rahat həyata keçirilməsinə şərait yaradır”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda bu modelin tətbiqi xeyli çətin görünür:

“Çünki bizdə ən çox iş yerləri təhsil sahəsindədir. Məsələn, təhsildə dörd günlük iş rejimi necə olacaq? Yaxud da hazırda təqribən 900 minə yaxın insan büdcə təşkilatlarında çalışır. Onların işə gəlmə-gedişi hansı məntiqlə tənzimlənəcək? Dövlət sektorunda, məsələn, nazirliklərdə və dövlət komitələrində bunu tətbiq etmək mümkündür. Amma polis, müəllim, səhiyyə işçiləri kimi sahələrdə bu, çox çətin olar. Özəl sektorda isə vəziyyət daha mürəkkəbdir. Məsələn, kafe və restoranlarda dörd günlük iş müqavilələri bağlanacaqsa, amma yeddi gün işləyəcəklərsə, növbəti üç gün üçün əlavə işçi götürülməli olacaq. Bu isə nəticədə maaşların azalmasına gətirib çıxara bilər. Yəni Azərbaycan reallığında dörd günlük iş rejiminin tətbiqi o qədər də asan deyil”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Sentyabr 2025 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri