Azərbaycanda iş rejimi dəyişəcək? 4 gün iş 3 gün istirahət
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyada 4 günlük iş həftəsinə keçidlə bağlı müzakirələr davam edir. Bu modelin tərəfdarları daha çox istirahətin işçinin məhsuldarlığını artıracağını və şəxsi həyatına müsbət təsir göstərəcəyini düşünürlər. Azərbaycanda isə 4 günlük iş həftəsinin tətbiqi bir sıra suallar yaradır: bütün sahələr üçün bu sistem mümkün olacaqmı, bizneslərin xərcləri artacaqmı və iş yükünün 4 günə sıxışdırılması işçilərə necə təsir edəcək?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Əkrəm Həsənov 4 günlük iş həftəsinin hazırkı mərhələdə Azərbaycan üçün uyğun olmadığını bildirib.
“Mən hesab edirəm ki, bu gün 4 günlük iş həftəsi Azərbaycana uyğun deyil. Prinsipcə, dünya ölkələrinin əksəriyyətində də hələlik belə bir sistem yoxdur. Sezar pizza
Bizim bazarımızda işçilər əsasən harada işləyirlər? Energetika sahəsi, dövlət qurumları, ticarət və xidmət sahələri. Bunların da çoxunda fasiləsiz iş rejimidir. Hətta bir çoxunda 7 gün iş gedir.
İndi təsəvvür edin ki, bu, ilk növbədə, biznes üçün nə dərəcədə ağır olacaq. Əgər 4 günlük iş həftəsi olsa, fasiləsiz ticarət, xidmət, energetika sahələrində sahibkar məcbur olacaq ki, əməkhaqqı fondunu artırsın. Çünki həmin sahələr 7 gün işləyir. Deməli, bir işçini 4 gündən çox işə çıxara bilmirsə, bu halda sahibkar daha çox işçi işə götürülməlidir.
Bu, indiki Azərbaycanda, işsizliyin, maaşların azlığının və s. olduğu bir şəraitdə əlavə problem yarada bilər. Onsuz da 5 günlük iş rejimində də fəsadlar çoxdur, qanunsuz olaraq işçiləri 5 gündən də çox işlədirlər. Bu da əlavə fəsadlara gətirib çıxaracaq”.
Ə.Həsənov bildirib ki, ola bilər hansısa sahələrdə məhsuldarlıq artsın, amma bu məsələ bütün sahələrə uyğun deyil:
“Bəzi sahələrdə əksinə, ola bilər. Belə olan halda da insanlarda stress halı arta bilər. Yəni insanın 4 gün ərzində çatdırmağa çalışdığı iş yükü onu daha çox yora bilər.
Əslində 4 günlük iş qrafiki informasiya texnologiyaları, maliyyə, məsləhət xidmətləri, dizayn, marketinq, hüquq, mühasibatlıq və digər yaradıcı peşələrdə tətbiq oluna bilər.
Amma dediyim kimi, pərakəndə ticarət, səhiyyə, istehsal, logistika, nəqliyyat kimi sahələrdə 4 günlük iş rejiminin olması mümkün deyil.
Ola bilər ki, bu qrafik insanın şəxsi həyatına yaxşı təsir etsin. Ailə, psixoloji vəziyyətini yaxşılaşdırsın. Əlbəttə, insan nə qədər az işləyirsə, bu, onun üçün daha yaxşı ola bilər. Gündəlik xərcləri də azalda bilər. Amma bütövlükdə, dediyim kimi, bu cür iş qrafiki hələlik Azərbaycan üçün uyğun deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 Oktyabr 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















