Icma.az
close
up
RU
Azərbaycanda islam bankçılığının tətbiqi NİYƏ GECİKİR?

Azərbaycanda islam bankçılığının tətbiqi NİYƏ GECİKİR?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Uzun müddətdir ki, müzakirə olunan islam bankçılığı Azərbaycanın maliyyə bazarına hələ də qədəm qoya bilmir. Görünən odur ki, hələ bir müddət də biz maliyyə bazarımızda islam bankçılığını görə bilməyəcəyik.
Mərkəzi Bankın sədri Taleh Kazımov ötən həftə keçirdiyi brifinqdə bildirib ki, qurum əsasən sükuk istiqrazlarının buraxılmasına fokuslanıb və Dünya Bankı ilə birlikdə müvafiq qanunvericiliyin hazırlanmasına başlanılıb:
 

MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda İslam Bankı hansı səbəbdən yaradılmır? – Deputatın təklifinə CAVAB


“Bu məsələdə irəliləyiş banklarsız çətin olar, çünki onlar istiqrazların müştərilərini daha yaxşı tanıyır. Bir bankla test rejimində fəaliyyət üçün danışıqlar gedir. Əvvəlcə sükuk buraxılması, daha sonra isə islam bankçılığının tətbiqi gözlənilir. Açığını desəm, bu layihənin icrasına 3-5 il vaxt lazımdır. Əsas məqsədimiz maliyyə inklüzivliyini və maliyyə əlçatanlığını artırmaqdır".
Baş bankir onu da qeyd edib ki, indiyə qədər islam bankçılığı ilə bağlı Mərkəzi Banka yalnız bir yerli bank müraciət edib.
Nəzərə alaq indiki bankçılıq daha doğru sələmçiliklə məşğuldur. Ona görə də Azərbaycanda hər 5 sahibkardan 1-i bankla davamlı işləmir. Təsadüfi deyil ki, “İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev bu günlərdə deyib ki, Azərbaycanda sahibkarların 21 %-i bank xidmətlərindən istifadə etmirlər:
"Azərbaycanda 1 000 kiçik və orta sahibkar arasında keçirdiyimiz tədqiqatlarımıza əsasən, ölkədə sahibkarlıq subyektlərinin təxminən 62%-nin islam bankçılığı barədə məlumatı yoxdur və ya bu haqda informasiyaları doğru deyil. Sorğuda iştirak edənlərin 39%-i isə faizli kreditləri məcburiyyətdən götürdüklərini deyiblər”.
Bu gün verilən kreditlərin 60 faizdən çoxu istehlak kreditlərinə yönəlib.
Bu isə heç bir iqtisadi dayanıqlıq yaratmır. Amma İslam bankçılığı iqtisadiyyatın dayanıqlılığına çox böyük təkan verir. Çünki İslam bankçılığında hər iki tərəf qazanır. Eləcə də, ziyanı bank və müştəri bərabər qarşılayır.
İslam bankçılığının tətbiqi nəyi dəyişəcək?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki,  İslam bankçılığının işləmə qaydası Azərbaycanın mövcud qanunvericiliyindən tam fərqlidir:
“İslam bankçılığının ölkəmizdə tətbiqi üçün ilk növbədə ayrıca qanunvericilik bazası hazırlanmalıdır. Bunun üçün də müəyyən zaman lazımdır. Amma ən əsas lazım olan odur ki, islam bankçılığını seçən bankla müştəri arasında, eləcə də həmin bankla dövlət arasında hansısa problem yaşanmasın. 
Hazırda Mərkəzi Bank və dövlət strukturları indiki qanunvericiliyə uyğun olaraq əmanətləri sığortalayır, kredit verirlər və kreditlərin geri qaytarılmasını təmin edirlər.
Lakin İslam bankçılığı tamam başqa təməllər üzərində inşa olunur. Məsələn, islami dəyərlərə görə islam bankçılığında faiz qadağandır. Ona görə də islam bankçılığında nəzərdə tutulmuş əsas məsələ bankın iqtisadi layihələrdə iştirakçı olmasıdır. Yəni siz banka hansısa layihə təqdim edirsiniz. Bank da sizə kredit əvəzinə ortaqlıq təklif edir. Beləcə, bank layihə sahibini “faizə oturtmur”, sadəcə birgə iş qurur və qazanca şərik olur. Bu olduqca həssas məsələdir. Ona görə də bu prosesə keçid müəyyən zaman tələb edir”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Noyabr 2024 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri