Icma.az
close
up
RU
Vizalar niyə gecikir?

Vizalar niyə gecikir?

Icma.az bildirir, Metbuat portalına istinadən.

Vətəndaşlar viza prosesinin uzanması ilə bağlı narazılıq edirlər. Bir çox hallarda müraciət edildiyi tarixdən həftələr, hətta aylar keçsə də, vizanın verilib-verilmədiyinə dair heç bir cavab gəlmir. Bu isə səyahət planlarının pozulmasına, maddi və vaxt itkisinə səbəb olur.

Turizm şirkətlərindən birinin nümayəndəsi Metbuat.az-a açıqlamasında bildirib ki, yay və bayramlar zamanı vizalar gec çıxır və bu, normaldır. Hazırda bu vəziyyət dünyanın bütün yerlərində eynidir.

O, vizaların gecikməsinin əsas səbəblərini sadalayıb:

“Əsas səbəb odur ki, işçi azlığı var, işləmək istəyən azdır. Bundan başqa, bəzi səfirliklər görüş yerlərini 2-3 həftəlik müddətə açır. Bəzi səfirliklər isə 6 ay əvvəldən sistemləri açır (bu, təbii ki, daha yaxşıdır). İnsanlar da hər şeyi son ana qədər saxlayırlar. Sənədləri və qəbulu gecikdirən insanlar turizm şirkətlərinə (xüsusilə təcrübəlilərə) servis haqqı verməyib, sənədləri düzgün yığmırlar”.

Ekspert qeyd edib ki, hazırda səfirliklərdə yalnız turist vizalarına baxılmır, həmçinin tələbə vizaları, leqallaşdırma və digər məsələlərə də baxılır. Buna görə də oradakı sənəd yüklənməsi fiziki olaraq həddindən artıqdır.

“Üstəlik, insanlar bilməlidirlər ki, əgər avqustda uçurlarsa, ondan əvvəl uçan şəxslərə, sənədi hansı tarixdə təqdim etməyindən asılı olmayaraq, üstünlük verilir. Təbii ki, istisnalar olur. Elə hallar olur ki, viza 2 günə də verilir, 45 günə də”.

Mütəxəssis Avropaya gedənlərin sayının artdığını da söyləyib:

“Türkiyə çox bahadır. Bəzən özümüz turisti fərqli ölkəyə yönləndiririk. Türkiyəyə 3-5 min dollar verməkdənsə, Avropaya getmək daha məntiqlidir. Bu da süni olaraq viza prosesini gecikdirir. Qısacası, yay və bayramlar hər il bu cür keçir. Burada şikayət ediləsi bir şey yoxdur. Sadəcə belə ölkələrin Xarici İşlər Nazirliklərinə və ya səfirliklərinə rəsmi müraciət edib sistemlərin 6 ay əvvəldən açılmasını istəyə bilərik, məsələn, Fransada olduğu kimi. Əgər kimsə qışda, Yeni ildə plan qurursa, indidən yer götürməlidir (Fransa, İspaniya, Portuqaliya, Niderland, Belçika və s. üçün). Çünki artıq oktyabr ayı üçün belə həmin ölkələrə yerlər yoxdur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 İyul 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri