Azərbaycanda işləmiş mütəxəssisin oğlu Gürcüstan millisini çalışdıracaq Rəsmi
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Villi Sanyol Gürcüstan millisinin baş məşqçisi vəzifəsindən ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Onun yerinə artıq təyinat reallaşıb. Boşqalan posta Ramaz Svanadze təyin olunub. Onun müqaviləsi 2028-ci ilin sonunadək nəzərdə tutulub.
Svanadze əvvəllər Gürcüstanın gənclərdən ibarət millisinin "sükanı arxasında" olub. Onun rəhbərliyi altında U-21 iki dəfə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Sanyol 2021-ci ildən Gürcüstan millisini çalışdırıb. Fransalı məşqçinin dövründə komanda tarixində ilk dəfə Avropa Çempionatına vəsiqə qazandı. Avro-2024-də Gürcüstan yığması 1/8 final mərhələsinə yüksəlib.
Ötən gün Gürcüstan yığması Millətlər Liqasının I turu çərçivəsində evdə Şimali İrlandiyaya məğlub olub - 0:1.
Qeyd edək ki, Ramaz Svanadzenin atası Zaur Svanadze 2012-ci ildə, artıq tarixin yaddaşına köçmuş Bakı "İnter"ində Kaxaber Tsxadadzenin köməkçisi təyin olunub. 2015-ci ilin yayında isə "bankirlər"in "sükanı arxasına" keçib. O, 2017-ci ilin noyabrında paytaxt klubundan ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 26 Sentyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















