Azərbaycanda işləmiş məşqçi İngiltərə klubunu çalışdıracaq
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
İngiltərənin "Şeffild Yunayted" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Çempionşip təmsilçisini Ruben Selles çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. O, 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib. Onun son iş yeri "Hall Siti" olub.
saytlarin hazirlanmasi
Potter İngiltərə klubunu çalışdıracaq
09 Yanvar 2025 15:45
Azərbaycanda işləmiş məşqçi Hall Sitini çalışdıracaq
07 Dekabr 2024 12:35
Vitor Pereyra İngiltərə klubunu çalışdıracaq
17 Dekabr 2024 16:42
Azərbaycanda işləmiş məşqçi Hall Sitini çalışdıracaq RƏSMİ
07 Dekabr 2024 10:26

