Azərbaycanda istehlakçı hüquqları sahəsində müraciətlər 16% artıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin yanvar-iyul aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət fəaliyyəti ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 4 184 müraciət daxil olub.
Bu barədə "APA-Economics"ə Agentlikdən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
7 ayda Agentlik 4847 istehlakçı müraciətinə baxıb ki, bu da illik müqayisədə 16,5% artım deməkdir.
Baxılan müraciətlərin 2374-ü qeyri-qida, 1926-sı xidmət, 244-ü qida, 59-u dərman vasitələri və tibbi avadanlıqlar, 9-u tütün məmulatları, 235-i digər sahələrlə bağlı olub.

İstehlakçı hüquqları maarifləndirməsi
12 Mart 2025 11:05
İstehlakçı hüquqları niyə işləmir?
13 May 2025 20:48
Media və istehlakçı hüquqları
18 Mart 2025 10:30
Qida təhlükəsizliyi məsələsində istehlakçı hüquqları
05 May 2025 09:02
Borc öhdəliyi və istehlakçı hüquqları:
18 Avqust 2025 13:23

