Azərbaycanda istilik mövsümü noyabrın 15 də başlayacaq
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Azərbaycanda 2026-2027-ci illər üzrə payız-qış istilik mövsümünün başlanma tarixləri açıqlanıb.
"Azəristiliktəchizat" ASC-dən Milli.Az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə Qaydaları"na əsasən, Bakı şəhərində və respublikanın əksər ərazilərində istilik mövsümü noyabrın 15-də başlayacaq və aprelin 15-dək davam edəcək.
Ölkənin bəzi şəhər və rayonlarında isə istilik mövsümü noyabrın 1-dən mayın 1-dək nəzərdə tutulub.
Bu ərazilərə Ağsu, Ağstafa, Balakən, Daşkəsən, Gədəbəy, Xaçmaz, Xankəndi, İsmayıllı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Naxçıvan Muxtar Respublikası, Oğuz, Siyəzən, Şamaxı, Şabran, Şəki, Şuşa, Tovuz, Yardımlı və Zaqatala daxildir.
Qurumdan bildirilib ki, istilik mövsümünün başlanması barədə istehlakçılara 10 gün əvvəl rəsmi internet səhifəsi, kütləvi informasiya vasitələri, eləcə də yaşayış binalarının girişlərində yerləşdirilən elanlar vasitəsilə məlumat veriləcək.
Qeyd olunub ki, hava şəraitindən və mövsümə hazırlıq vəziyyətindən asılı olaraq istisna hallarda istilik mövsümünün başlanma tarixi dəyişdirilə bilər. Lakin bunun üçün havanın ayrı-ayrı günlərdə soyuq keçməsi deyil, temperaturun davamlı və ciddi şəkildə aşağı düşməsi əsas götürülməlidir.
Belə qərarlar müvafiq dövlət orqanları məlumatlandırılmaqla qəbul ediləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:63
Bu xəbər 21 Oktyabr 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















